Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi qeyd edilib

Noyabrın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Filarmoniya Mədəniyyət kanalının birgə layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas başqaları unudulmaz şairin həyat yaradıcılığından danışıb, ədəbiyyatımızın inkişafındakı xidmətlərini vurğulayıblar.

Bildiriblər ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli şərəfli, bütövlükdə Vətənə sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Dərin məzmunlu, oxunaqlı milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.Diqqətə çatdırılıb ki, Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün sənətin Məmməd Araz zirvəsinə gedən yol heç həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun Vətən mənə oğul desə, Məndən ötdü, qardaşıma dəydi, Mənim Naxçıvanım, Ata ocağı, Ana yurdum, hər daşına üz qoyum şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın Azərbaycan dünyam mənim şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə Məmməd Araz təkrarsızdır. Onun Üç oğul anası, Araz axır, Mən insan oldum, Paslı qılınc, Əsgər qəbri, Atamın kitabı poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix müasirlik, milli tale tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının,bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

Qeyd edilib ki, son illər ölkəmizə Məmməd Araz poeziya günü çərçivəsində şeir müsabiqəsi keçirilir. Bu il 3-cü dəfə təşkil olunan müsabiqənin yekun tədbirində respublikanın görkəmli mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri, yaxınları iştirak ediblər. Məmməd Araz poeziya günü layihəsinin rəhbəri Qardaşxan Əzizxanlıdır. Şeir müsabiqəsində məktəblilərdən təqaüdçülərədək bir neçə nəslin nümayəndələri iştirak edib. Builki müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərib. Sonda qaliblər mükafatlandırılıb.

Gecədə Azərbaycan Dövlət Mahnı Rəqs ansamblının instrumental heyəti çıxış edib. Kollektivin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri isə Etibar Qasımbəylidir.

 

Konsertdə Məmməd Arazın sözlərinə yazılmış mahnılar tanınmış gənc ifaçılar tərəfindən səsləndirilib.

Cümhuriyət.- 2018.- 8 noyabr.- S.14.