Yurdu azad olan şairdən Qələbə şeirləri: Vətən ànà, tîrpàq nàmus...

 

Kulis.az Cəbrayıl rayinunun bu günlərdə işğaldan azad olunan Böyük Mərcanlə kənd sakini, tanınmış şair İsmayil Mərcanlı İmanzadənin “Qələbə şeirləri”ni təqdim edir.

 

Türkiyə-Azərbaycan

 

Bir-birinə bənzəyir

Əkiz qardaşlar kimi.

Tanınıblar ən əziz

Dostlar-sirdaşlar kimi.

Ləhcələri şipşirin,

Harda var belə sərvət?

Müdriklər yaxşı demiş -

Bir millət, iki dövlət”!

Sən bir möcüzəyə bax,

Biri ürək, biri can -

Türkiyə-Azərbaycan!

 

Ay-ulduz nişanlıdır

Möhtəşəm bayraqları.

Şimşək kimi çaxıblar

Tapdananda haqları.

Ləkəsiz bir aynadır

Dənizləri, gölləri.

“Can” deyib, “can” eşidir

Obaları, elləri.

Dağları şah vüqarlı,

Həm sultandır, həm xan -

Türkiyə-Azərbaycan!

 

Yenilməz dar ayaqda

Ərənləri, ərləri.

Şəhid ucalığından

Güc alıb zəfərləri.

Cavad xan, Məmməd Əmin,

Atatürk, Heydər adlı

Qibləgahları canlı.

Ulu tarixlərinin

Hər sətri, sözü şanlı.

Böyük türk dünyasının

Cismində dövr edən qan -

Türkiyə-Azərbaycan!

 

Düşmənə göz dağıdır

Şəhərləri, kəndləri.

Bir qala timsallıdır

Bərələri-bəndləri.

Əzəl gündən hər biri

Dosta-dostdur, yada-yad.

Keçmişləri şərəfli,

Çağdaş günləri abad.

Dar ayaqda yan-yana

Dayanıbdılar hər an -

Türkiyə-Azərbaycan.

 

Azərbaycan əsgəri

 

Yurdumun əzəməti,

Ucalan haqq səsisən.

Könlümdə qanadlanan

Bir zəfər nəğməsisən.

Yeri düşmən üstünə,

Babəkin, Xətainin

Ruhu sənə yar olsun!

Yenilməz hünərinlə

Xalqım bəxtiyar olsun!

Nur saçsın yurdumuzun

Al günəşli səhəri -

Azərbaycan əsgəri!

 

Qarabağa nicat ver,

Laçında, Kəlbəcərdə

Zəhminlə-qəzəbinlə

Çatlat düşmən bağrını!

Əllərinlə dart-qopart

Torpağın sinəsindən

Hər dərdi, hər ağrını!

Çağır-qisasa çağır,

Səslə ərəni-əri -

Azərbaycan əsgəri!

 

Şəhidlərin yaralı

Ruhu and yerin olsun!

Qələbə əzmin hər an

Ümmandan dərin olsun!

Savaş günü halay vur -

Düzlən dəstə-dəstə sən!

Göyçədə, Zəngəzurda

Üçrəngli bayrağımı

Qaldır basin üstə sən!

Al yağı əllərindən

Neçə kəndi, şəhəri -

Azərbaycan əsgəri!

 

Dayan düşmən önündə

Yenilməyən dağ kimi!

Yaşa ürəyimizdə

Yurd kimi, torpaq kimi!

Ucalt səsini, ucalt -

El sığınsın adına!

Son qoyaq hünərinlə

Vətənin fəryadına!

Dön işıqlı sabaha,

Yaramızın üstə yax

Sən qələbə soraqlı

Xoş müdəni, zəfəri -

Azərbaycan əsgəri,

Azərbaycan əsgəri!

 

Vətən ànà, tîrpàq nàmus...

 

Dua etdim, ulu Tànrım dàdımà yåtdi,

Ərən yurdum nər biləkli îğul böyütdü.

Yàddà sàõlà, bàbàlàrdàn qàlàn öyüddü -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

Dədəm Qîrqud zəfərdədir şərəfàn-dådi,

Şəhid ruhu yårdə qàlmàz nàhàq qàn-dådi.

Õudàfərin hàrày çəkdi, Sàvàlàn dådi -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

Qàrı düşmən,vàrlığımdır ànàm Qàràbàğ,

Gözünü àç, tariximə bir də yaxşı bàõ.

Åşitdinmi, öz ləhcəmdə söylədi hər dàğ -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

Kitàb kimi varaqladım Kürlə Àràzı,

Əcdàdımın Qîbustàndàn gəldi àvàzı.

Bàbək döyüş bàyràğınà qànıylà yàzıb -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

Vətən îğlu igid əsgər, sàbàhın õåyir,

Səhər måhi təbəssümlə qàpını döyür.

Göyçə səndən nicàt umur, Zəngəzur dåyir -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

Mən üç rəngli bàyràğımlà kåçmişəm îddàn,

Vətən sözü müqəddəsdir hər cürə àddàn.

Àtà millət, ànà millət, çıõàrmà yàddàn -

Vətən ànà, tîrpàq nàmus, såvgi əmànət!

 

 

İsmayil Mərcanlı İmanzadə

 

Cümhuriyət.- 2020.- 8 oktyabr.- S.14.