Mübarizdən sonra
Cəlilabadda "Mübarizdən sonra"
kitabının təqdimatı keçirilib
Fevralın 7-də Cəlilabad rayon Mərkəzi
Kitabxanasının təşkilatçılığı ilə
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində
Müşfiq Muğanlının "Mübarizdən
sonra" adlı kitabının təqdimatı baş tutub.
Tədbirdə Milli Qəhrəman Mübariz
İbrahimovun əmisi Rasim İbrahimov, ziyalılar, mədəniyyət
nümayəndələri, şairlər,
yazıçılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əməkdar
mədəniyyət işçisi Cahangir Muradov,
iştirakçılara kitabın əhəmiyyətindən
bəhs edib.
Tədbirdə Rayon Veteranlar Təşkilatının
sədri, şair-jurnalist Ədalət Salman, "Mübarizsevərlər"
İctimai Birliyinin sədri Əbülfəz Şahmarov,
AYB-nin üzvü, şair, publisist Qurban Əhməd, Biləsuvar.info"
saytının baş redaktoru Surxay Şahbazov, polkovnik-leytinant
Zamin Həsənov, həkim Mirhənifə Sultanov, şair
İman Abdulla iştirak edərək kitab haqqında öz
fikirlərini bildiriblər.
Yekunda Müşfiq Muğanlı, Milli Qəhrəman
Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkür edib,
şəhid ailələrinə həmişə yüksək
diqqət və qayğı göstərdiyinə görə
dövlətimizə öz minnətdarlığını
bildiriblər.
Cümhuriyət.- 2025.- 14-21 fevral(№55).- S.13.