Qəhrəman Həzi
Bu başlıqlı ədəbi-bədii gecə Lənkəranın
Boladi kəndində 1 saylı Folklor klubunda baş tutub.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı
General-mayor, Azərbaycan
xalqının yetişdirdiyi ən görkəmli hərbçi,
igid sərkərdə Həzi Aslanovun anadan olmasının
116-cı ildönümünə həsr olunmuş tədbirdə klubun müdiri Ş. Rzayeva generalın şərəfli
ömür yolu, döyüş fəaliyyəti və Vətən
qarşısındakı
göstərdiyi misilsiz xidmətindən ətraflı
danışıb. Natiq
çıxışında
deyib:- Həzi Aslanov 22 yanvar 1910-cu ildə Lənkəran
şəhərində anadan olub. O, Böyük Vətən
müharibəsi illərində göstərdiyi misilsiz
şücaət, peşəkar hərbi bacarığı və
sərkərdəlik məharəti ilə adını tarixə
yazdırıb. Tank qoşunları general-mayoru olan Həzi
Aslanov döyüş meydanlarında hər zaman ön
sırada yer alıb, düşmənə ağır zərbələr
endirib.
General Həzi Aslanov iki dəfə Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb. Bu ali
mükafat onun Vətən qarşısında göstərdiyi
böyük xidmətlərin və qəhrəmanlığının
rəsmi təsdiqidir. O, təkcə bir sərkərdə
deyil, həm də vətənpərvərlik, cəsarət və
fədakarlıq rəmzidir. Adı Azərbaycan hərb
tarixinin qızıl səhifələrinə əbədi həkk
olunan generalın əziz xatirəsi
xalqımızın qəlbində daim yaşayır.
Daha sonra mədəniyyət
ocağında fəaliyyət
göstərən dərnək üzvlərinin ifasında qəhrəmanlıq, Vətən
sevgisi və şəhidlik mövzusunda şerlər səslənib.
Beləcə insanlara milli ruh, qürur və vətənpərvərlik
hissləri aşılayan tədbir
böyük maraqla qarşılanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cümhuriyət.- 2026.- 6 fevral (№5).- S.13.