Gəncə

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə Gəncə qarnizonu Zabitlər evində, Göygöl və Daşkəsən rayonları ərazilərində yerləşən "N" saylı hərbi hissələrində görüş keçirilmişdir.

AYB Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim, şair yazıçılardan Aləmzər Əlizadə, Zaur Quliyev, Solmaz Şəms əsgərlər qarşısında vətənpərvəplik mövzusunda şeirlərini oxumuş, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Milli Ordumuzun əsgər zabitlərinin gücünə əminliklərini bildirmiş, Vətənimizin müdafiəsi yolunda onlara uğurlar arzulamışlar.

Görüşdə aşıq Afiq Sönməz, müğənni Bəxtiyar Gəncəli mahnılar ifa etmişlər. Görüşlərdə "N" saylı hərbi hissələrinin komandirləri polkovnik-leytenantlar Elşən Kərimov Polad Həmişov tədbirin təşəkkürlərini bildirmiş, onlara fəxri fərmanlar təqdim etmişlər. Gəncə Zabitlər evinin bədii-kütləvi işlər şöbəsinin müdiri Gültəkin Qasımova axırda çıxış edərək səmimi qarşılandıqları üçün hər iki hərbi hissənin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

***

 

Bölmənin nəzdində keçirilən "Gənc yazarlar günü"ndə isə gənc ədiblər görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Muzeyi kompleksində, Gəncə elmi-ədəbi tədqiqat Mərkəzində ədəbiyyatsevərlərlə görüşmüşlər.

Böyük ədibimiz Mir Cəlalın anım günü münasibətilə təşkil edilən tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov açaraq istedadlı gənc şair yazıçılarla şəhər ictimaiyyəti nümayəndələrinin görüşünü yüksək dəyərləndirmişdir.

AYB Gəncə bölməsinin sədri Məmməd Alim görüşdə iştirak edən gənc şair nasirlərin yaradıcılığından danışmışdır. Görüşdə Elvin Mustafayev, Günay İsmayılova, Namiq Mirzəyev, Ceyhun Mirzəyev, Qoşqar Orucov, Şəfa Vəliyeva şeir hekayələrlə çıxış etmişlər. Sonra şairlərdən Aləmzər Əlizadə, Sahib İbrahimli, Səadət Ələkbərova, Şəlalə İsayeva davam etdirərək yeni şeirlərini oxumuşlar.

Axırda Gəncə şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi, əməkdar mədəniyyət işçisi Mina Məlikova tədbirin əhəmyiyətini bir daha vurğulayaraq gənc yazarlara uğurlar arzulamışdır.

 

 

İlhamə Yusifova

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.6.