Bölümdən qurtardın

 

Başın göyə dayaqdır,

Ayağın yerə

Gərib gen sinəni

Sərt zərbələrə,

Çiyinlərin üstə

Vətən torpağı,

Torpaqdan güc aldın

Antey sayağı.

Qoymadın tökülsün sən-

Qardaş qanı,

Qurtardın bölümdən

Azərbaycanı.

 

Mirvarid Dilbazi

Ədəbiyyat qəzeti.- 2010.- 10 dekabr.- S.1.