Teymur Əhmədov

 

"Həyat daha çox romana bənzəyir, nəinki roman həyata"

                                                                                     Puşkin

 

İnsan ən öncə bəşəri bir vücuddur, şüurlu həyat kitabının ümdə müəllifi onun özüdür. Şəxsiyyət mürəkkəb əqli əməli, xarakter hissiyyatların, cəmiyyətdə baş verən proseslərin canlı təcəssümüdür. "Zəhmət həyatdır, fikir dünya" (Hüqo). Hər fərdin kitabına qiymət verməyin bir şərti onu necə oxumaqdan asılıdır.

Teymur Əkbər oğlu Əhmədovla ilk görüşüm sonrakı dostluğumuzun təməli Nəriman Nərimanovun həyat yaradıcılığını, onun ictimai-siyasi fəaliyyətinin tədqiqatına bir-birimizdən xəbərimiz olmadan, keçən əsrin 50-ci illərində başlamağımız olub. O illərdə mən Partiya tarixi institutunda işləyirdim. Sovet İttifaqının başqa respublikaların şəhərlərindən bizə tez-tez məktublar, xahişlər gəlirdi. Nəriman Nərimanov haqqında məlumatlar istəyirdilər. Mərkəzi Komitənin tapşırığı ilə bu şərəfli işə institutun elm üzrə müavini kimi mən başladım, ilk məqaləm "Bakinski raboçi" qəzetində 14 aprel 1956-cı ildə çıxdı, 1957-ci ildə isə Partiya tarixi institutunun "Əsərləri"ndə (20 sayında) böyük həcmlə çap olundu. 70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında mən fəaliyyətə başladığım vaxt Teymuru Azərbaycanda Nəriman Nərimanov haqqında ilk sanballı tədqiqat kitabının müəllifi kimi kəşf etdim, indiyə kimi , sadiq "əsl Nərimanovçu" kimi N.Nərimanova həsr olunmuş monoqrafiyalar, külliyyatlar, müxtəlif janrlarda məqalə müxtəlif sənədlər çap etdirən Teymur Əhmədovdur!

...Teymur Əhmədov həmçinin kamil, öz dəst-xətti olan jurnalistdir. Soruşarlarsa, Teymur tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə, o jurnalistlik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir! Ən ümdə, Teymur zəhmətkeş, sadə insandır. "Sadəliksə hikmətdir" (M.Monten).

 

Cəmil Quliyev

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.4.