Onun ədəbi dünyası

 

Geologiya elmininin korifeylərindən olan akademik Şəfaət Mehdiyev çoxşaxəli yaradıcılığa, zəngin biliyə, güclü fitri istedada malik olan nadir, həm böyük humanist ziyalılarımızdan biri idi. Onun ədəbi dünyası dörd pyesi, bir çox hekayələri, miniatürləri, publisistik məqalələri şeirlərində öz əksini tapmışdır. Bu əsərlərdən "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi pyesləri, "Su pərisi", "Rüşvət ustası", "Keçi əhvalatı", "Falçının məsləhəti", "Dələduz" s. onlarla qiymətli hekayələri, habelə "Yorğa müfəttiş", "Timsahın qazancı", "Nəzəri müalicə" kimi miniatürləri, "Oxu, gözəl", "Unudulmur ilk məhəbbət", "Ötən ötdü", "Nazənin olsa", "Dedim-dedi" kimi şeirləri oxucular tərəfindən maraqla qarşılanmışdır. Onun "Mirzə Fətəli" pyesi ürəyi xalqına bağlı olan qüdrətli bir sənətkara həsr olunub. Bu əsərdə müəllif daima xalqının xoşbəxtliyini görmək arzusunda olan, Azərbaycan dramaturgiyasının banisi, filosof ictimai xadim M.F.Axundzadənin həyat yaradıcılığından bəhs edir. Əsərdə öz əqidəsindən dönməyən, cəhalət fanatizmin qəddar düşməni olan M.F.Axundzadənin keçdiyi həyat yolu işıqlandırılır.

Pyesdə Səbuhi (M.F.Axundzadə) ilə yanaşı, digər maarifpərvər xadimlərimiz olan Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirov kimi mütəfəkkirlərimizin dövrün ictimai haqsızlıqlarına qarşı mübarizə aparmaları inandırıcı faktlarla açıqlanır. "Ərk qalası" pyesində isə müəllif məşhur inqilabçı, zülm əsarətə qarşı usyan etmiş Səttarxanın fəaliyyətinin son dövrlərini qələmə alır. Bu əsər Güneyli-Quzeyli Azərbaycan oxucularının dərin rəğbətini qazanmışdır. "Vicdan yükü" pyesində müəllif insani münasibətlərə yüksək qiymət verir. Bu əsərdə o, insanları paklığa ülviyyətə çağırır. "Sabir" pyesi isə inqilabi poeziyası ilə ədəbiyyatımıza yeni nəfəs, yeni ictimai-siyasi məzmun fikir gətirmiş mütəfəkkir şairimiz Mirzə Ələkbər Sabirin həyat yaradıcılığına, Sabirlə əlaqədar mühüm epizodlara həsr olunmuşdur. Pyesdə Cəlil Məmmədquluzadə Abbas Səhhət kimi qüdrətli şəxsiyyətlərlə Sabirin dostluğu tarixi dəlillərlə verilir. Şəfaət Mehdiyevin pyesləri, hekayələri, miniatürləri şeirləri, ümumiyyətlə, bütün ədəbi aləmi dövrün ictimai-siyasi problemlərini əks etdirən bir çox aktual məsələlərə həsr edilmişdir. Bunları ancaq qəlbən duyan həyatın hər üzünə bələd olan Şəfaət Mehdiyev kimi mütəfəkkir bir ziyalı qələmə ala bilərdi.

Bu gün Şəfaət müəllim cismən aramızda olmasa da, o, ruhən bizimlədir. Güman edirəm ki, Şəfaət müəllim barəsində gedən bu xatirələr minlərlə tələbə oxucularının səmimi istəyi kimi ona agahdır onun ruhu bu gün şad olur, sevinir.

 

Hikmət MAHMUDOV

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.2.