Xanımana Əlibəylinin 90 illik

yubileyi qeyd olundu

  

  Dekabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, tanınmış uşaq yazıçısı Xanımana Əlibəylinin (1920-2007) 90 illik yubileyi qeyd olunmuşdur.

Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru Zahid Xəlil digər çıxış edənlər Xanımana Əlibəylinin yaradıcılığı haqqında fikirlərini söyləmiş, xatirələrini bölüşmüşlər. Bildirilmişdir ki, müəllifin "Balaca həkim" (1955), "Yaz konserti" (1960), "İşləməyən dişləməz" (1961), "Ulduzların nəğməsi" (1966), "Karnaval" (1968), "Noğul" (1970) s. şeir poema kitablarında yüksək mənəvi keyfiyyətlər tərənnüm olunmuşdur. X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının, eləcə çex slovak dillərinə tərcümə edilmişdir.

Filologiya elmləri doktoru Gülər Abdullabəyli anasının həyat yaradıcılığından danışaraq demişdir ki, iki universitet bitirmiş X. Əlibəyli təkcə yazıçı deyil, eyni zamanda uşaq həkimi olmuşdur. Bu səbəbdən yazıçı uşaqların psixologiyasını yaxından bilmiş, əsərləri balacaların böyük məhəbbətini qazanmışdır. G.Abdullabəyli Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın onun anası haqqında söylədiyi fikri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: "Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki uşaq dramaturgiyasının banisidir".

Sonda G.Abdullabəyli tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirmişdir.

Mərasimdə Xanımana Əlibəylinin uşaqların həmişə sevə-sevə baxdıqları "Dovşanın ad günü" (1957) tamaşası nümayiş olunmuşdur.

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.6.