Xatirələrdə yaşayan şair

 

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2010-cu il tarixli sərəncamı ilə əlaqədar C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi Naxçıvan MR Yazıçılar Birliyi ilə birlikdə "Xatirələrdə yaşayan şair" poeziya saatı keçirdi.

Poeziya saatını giriş sözü ilə muzeyin direktoru Sübhi Kəngərli açaraq ölkə başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışdı.

Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar "Novator şair" mövzusunda məruzə edərək Rəsul Rzanın həyat yaradıcılığından söhbət açdı.

Sonra Əbülfəz Əsgərli, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli, Həsənəli Eyvazlı, Yadulla Zamanov, İbrahim Yusifoğlu, Vəli Qaraxan, Naxçıvan MR Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev, AMEA Naxçıvan bölməsinin əməkdaşı Ramiz Qasımov tədbirdə çıxış etdilər. Muzeyin əməkdaşları şair haqqında deyilən xatirələrdən poeziyasından nümunələr səsləndirdilər.

Tədbirin sonunda iştirakçılar şairin həyat yaradıcılığını əks etdirən "Rəsul Rza - 100" sərgisi ilə tanış oldular.

 

 

İradə Məhərrəmova

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2.