Lənkəran

 

Bu günlərdə Lənkəran Dövlət Universitetində xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Yazıçılar Birliyi Lənkəran bölməsi ilə birgə keçirilən tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açdı. Universitetin dosenti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirhüseyn Abbas "Rəsul Rzanın həyat və yaradıcılıq yolu" mövzusunda məruzə etdi.

Universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Hacı Mirhaşım Talışlı, Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, şair İltifat Saleh Rəsul Rza ilə bağlı xatirələrini dilə gətirdilər.

Sonra Yədulla Ağazadə, filologiya elmləri namizədi Səfər Şirinov Rəsul Rza yaradıcılığının bədii xüsusiyyətləri haqqında məruzə etdilər.

Tədbirin sonunda tələbələr Rəsul Rzanın şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya səsləndirdilər.

 

 

Etibar Əhədov

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2.