Türkün möhtəşəm abidəsinə həsr olunmuşdur

     

Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Türksoy və Yaxın Doğu Universitetinin birgə təşkil etdiyi "Dədə Qorqud" və keçmişdən gələcəyə türk dastanları" adlı Uluslararası Simpozium keçirilmişdir. Simpoziumda Şimali Kipr, Türkiyə, Rusiya, Qaxazıstan, Qırğızıstan, İranla yanaşı Azərbaycanın da tanınmış alimləri iştirak etmişlər. Yüksək şəkildə təşkil olunmuş beynəlxalq konfransda Yaxın Doğu Universitetinin rektoru, prof. dr. Ümit Hasan, Yaxın Doğu Universitetinin rektor yardımçısı, prof. dr. Fəxrəddin Sadıqoğlu, universitetin qurucu rektoru, prof. dr. Suat Günsel, Türksoyun baş katibi, prof. dr. Düsen Kaseinov, Şimali Kipr Türk Cümhuriyyətinin turizm, çevrə və kültür bakanı Kamal Dürüst, Türkiyə Cümhuriyyətinin Lefkoşa böyükelçisi Kaya Türkmen, Şimali Kipr Türkiyə Cümhuriyyətinin başbakanı İrsen KüçükŞimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşkanı vəkili, Cümhuriyyət məclisi başbakanı, dr. Həsən Bozer çıxış edərək iştirakçıları salamlamış və konfransın işinə uğurlar arzulamışlar. Konfransın açılışı mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın çıxışı maraqla qarşılanmışdır.

İki gün ərzində dünyanın müxtəlif ölkələrinin nümayəndələri qarşısında Azərbaycandan gəlmiş görkəmli alimlərin - akademik Ağamusa Axundovun, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayevin, əməkdar elm xadimi, prof. Bəhlul Abdullayevin, proffessorlar Adil Babayevin, Muxtar İmanovun, Elman Quliyevin çıxışları yüksək maraq doğurmuşdur. Tədbirin sonunda Azərbaycan Yazıçıları Birliyinin sədri Anarın və Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayevin "Kitabi-Dədə Qorqud"la bağlı araşdırmaları Türksoy tərəfindən xüsusi şəkildə dəyərləndirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev konfransda "Kitabi-Dədə Qorqud" dastanı və türk milli-estetik düşüncəsinin təsir dairəsi" mövzusunda çıxış etmişdir. Həmin çıxışı kiçik ixtisarla oxuculara təqdim edirik.

 

 

   Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.1.