Belorus dilində

 

Belorusun yaradıcı ziyalılarının "Literatura i iskusstvo" qəzetinin 15 oktyabr nömrəsində "Kruqozor" rubrikasında Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş böyük həcmli material dərc edilmişdir.

Bu məqalənin unikallığı ondan ibarətdir ki, burada Azərbaycan ədəbiyyatının klassikinin belorus dilinə ilk dəfə tərcümə edilmiş şeirləri verilmişdir. "Polınya" ədəbi jurnalının baş redaktoru, şair Nikolay Metlitskinin tərcüməsində təqdim edilən bu şeirlər belorus oxucularının Hüseyn Cavid poeziyasnın koloritini duymalarına imkan verır.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.6.