Kişvərinin "Türk divanı"

 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XV əsrin görkəmli şairi Kişvərinin "Türk divanı"nı nəşr etdirmişdir.

"Nurlan" nəşriyyatında işıq üzü görən bu divan şairin indiyədək elm aləminə məlum olmayan 4-cü avtoqrafik (öz əli ilə qələmə aldığı) əlyazmasıdır.

Bu əlyazma şairin avtoqrafik əlyazması əsasında ilk dəfə çap olunur. Əlyazmanın fotofaksimelisikitaba əlavə eilmişdir.

Xatırladaq ki, Kişvəri dövrünün gorkəmli Azərbaycan şairi sayılmaqla yanaşı, eyni zamanda gözəl xəttat olmuşdur. Onun xətti ilə köçürülmüş bir sıra əsərlər indikitabxanalarda saxlanılır.

Kitabı hazırda Almaniyada yaşayan tədqiqatçı alim Məhəmmədəli Hüseyni və Əlyazmalar İnstitutu direktorunun müavini Paşa Kərimov çapa hazırlamışlar.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.6.