Bəkir Nəbiyev - 80

     

Hörmətli Bəkir müəllim!

Sizi 80 illik yubileyiniz və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməniz münasibətilə səmim-qəlbdən təbrik edir, xoş arzularımızı bildiririk.

Ölkəmizdə milli filologiyanın tənqid və ədəbiyyatşünaslıq elminin inkişafında Sizin xidmətləriniz əvəzsiz və danılmazdır. Xalqımızın mədəni-mənəvi problemləri bir vətəndaş ziyalı kimi həmişə Sizin diqqət mərkəzinizdə olmuşdur. Müasir bədii düşüncənin düzgün istiqamətdə inkişafına çoxsaylı tədqiqatlarınızla böyük yardım etmiş, yüksək alim və müəllim adını bütün elmi-pedaqojiictimai fəaliyyətinizlə doğrultmusunuz. Bu gün yetirmələriniz - onlarla elmlər doktorları və namizədləri, uzun illər rəhbərlik etdtiyiniz mötəbər elm ocağının - Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycan ədəbiyyatşünaslıq elmini irəli aparır, Sizin elm, mədəniyyət və ədəbiyyat sahəsində qazandığınız nailiyyətləri uğurla davam etdirirlər.

İndiyə kimi aldığınız fəxri adlar, "Şöhrət" və "İstiqlal" ordenləri, çoxsaylı mükafatlar Sizin, Azərbaycanın mədəni və ictimai həyatında xüsusi yeri və çəkisi olan tanınmış ictimai xadimin, müəllimin, ədəbiyyatımızın yorulmaz təbliğatçısının əməyinin nə qədər gərəkli olduğunu göstərməklə yanaşı, onun yüksək qiymətləndirildiyindən xəbər verir.

Əziz Bəkir müəllim!

Ömrünüz boyu Siz həyatınızın mənasını cəmiyyətimizə, millətimizə, doğma ədəbiyyatımıza yorulmadan xidmətdə görmüsünüz. İnanırıq ki, bundan sonra da hələ uzun illər eyni həvəslə yaşayıb-yaradacaq, Azərbaycan elmini yeni əsərlərlə zənginləşdirəcəksiniz.

Sizə elmi-pedaqoji və ictimai-idarəçilik fəaliyyətinizdə böyük uğurlar diləyir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, nəvə-nəticə fərəhi arzulayırıq.

 

 

Hörmətlə, Mehriban Əliyeva

Heydər Əliyev fondunun prezidenti

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.1.