Anarın əsərləri özbək dilində

  

Xalq yazıçısı Anarın bu il Daşkənddə "Cahon ədəbiyotı" jurnalında "Vahimə" "Qırmızı limuzin" hekayələri dərc edilmişdir. Hekayələri özbək dilinə Rüstəm Cabbarov çevirmişdir.

Ötən illərdə Anarın bir neçə hekayəsi və povesti də Özbəkistanın ədəbi jurnallarında çap edilmiş, " liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı iki ayrıca kitab şəklində Daşkənddə nəşr olunmuşdur. Özbək bəstəkarı Kələntərov yazıçısının "Zəncir" hekayəsi əsasında musiqili komediya bəstələmiş və əsər uğurla Müqimi adına Dövlət Teatrında tamaşaya qoyulmuşdur.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.2.