Seminar - konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Kinodramaturgiyanın aktual problemləri" mövzusunda seminar-konfrans keçirilmişdir. Yığıncağı sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyev açmış, ədəbi yaradıcılıq ekran dramaturgiyası kafedrasının müdiri Aqşin Babayev keçirdikləri tədbirlər haqqında danışmış, magistr bakalavrların elmi yaradıcılığından söhbət açmışdır.

Seminar - konfransda Günay Cəfərova "Ulu öndərimiz Heydər Əliyev Azərbaycan kino sənəti", Könül Nəcəfova "Azərbaycan kinosunun bu günü", Könül Mayılova "Müasir kino sənətimizdə ssenarist problemi", Rahil Kərimov "Cəfər Cabbarlı Azərbaycan kinosu", Xuraman Həziyeva "Ələsgər Ələkbərovun kino yaradıcılığı" mövzusunda məruzə etmişlər. Məruzələrdə ekran dramaturgiyasının tarixindən, bu günündən bəhs edilmiş, eyni zamanda çatışmamazlıqlar, qarşıda duran məsələlər qeyd olunmuşdur.

Yığıncaqda yazıçı-dramaturq Əli Əmirli, kinoşünas Aydın Kazımzadə, rejissor Ədalət Ziyadxanov məruzələrə öz münasibətini bildirmiş tövsiyələrini vermişlər.

Tədbirin sonunda universitetin tələbələrinə fəxri fərmanlar təqdim olunmuşdur.

 

 

A.Hacıbabayev

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.2.