Xeyrəddin Qoca-60"

 

"Çinar-çap" nəşriyyatı tanınmış qələm sahibi Xeyrəddin Qocanın anadan olmasının 60 illiyi ilə bağlı "Xeyrəddin Qoca-60" xüsusi bukletini buraxmışdır.

Yeni nəşrdə yazıçının avtobioqrafiyasına qısa nəzər salınmış, yaradıcılığı barədə yığcam məlumat verilmiş, görkəmli yazıçıların, elm mədəniyyət xadimlərinin onunla bağlı fikirləri oxucuların diqqətinə çatdırılmışdır.

Xeyrəddin Qocanın Türkiyənin İstanbul şəhərində ölkəmizin baş konsulu təyin edilməsi ona 1-ci dərəcəli fövqəladə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamları, mədəniyyət incəsənət sahəsində böyük xidmətlərinə görə yazıçıya Prezidentin fərdi təqaüdü verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı, yubilyarın ümummilli lider Heydər Əliyevlə, Milli Məclisin deputatları, xalq yazıçıları Anar, Elçin, Çingiz Abdullayev, xalq şairləri Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, İraq yazıçısı Əbdüllətif Bəndəroğlu, xalq artistləri Habil Əliyev, Oqtay Mirqasımov, Rasim Balayev, görkəmli türk sənətçisi Türkan Şoray başqaları ilə fotoşəkilləri, pyeslərinin tamaşalarından görüntülər, şair Ramiz Heydərin X.Qocaya həsr etdiyi "Yaş üstə yaş gəlsə ..." şeri bukletdə yer almışdır.

 

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.