Firuzə Məmmədli - 70  

 

Hörmətli Firuzə xanım!

Sizi - tanınmış şairimizi - yubileyiniz münasibətilə təbrik edirik!

Siz bədii yaradıcılığa erkən başlamısınız. İlk şeriniz orta məktəb illərində rayon qəzetində işıq üzü görüb. Mətbuatda müntəzəm çıxış etmisiniz. 1972-ci ildə "Gənclik" nəşriyyatı ilk kitabınızı - "Gümüşü damla" oxuculara təqdim edib. Sonra "Yoluma bahar düşüb", "Sənin ömrün", "Yetkinlik", "Bir qarış ucalıq", "Məni mənlə bilən dünya", "Dilək yaxasına dönnəm yenidən" s. poetik toplularınız çapdan çıxmış geniş oxucu auditoriyası qazanmışdır. 2002-2009-cu illərdə beşcildlik "Seçilmiş əsərləri"niz nəşr edilmişdir.

Siz qələminizi nəsr bədii tərcümə sahəsində sınamısınız. 2005-ci ildə "Ömrün axarı" adlı povest, hekayə publisistik yazılarınızdan ibarət kitabınız oxucuların ixtiyarına verilmişdir. Siz dünya ədəbiyyatı nümunələrinin dilimizə çevrilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş, türk, rus, özbək, tacik, fars dillərindən tərcümələr etmisiniz. Sizin şeirlərinizdən nümunələr türk, rus, ingilis, fransız, polyak, fars, gürcü s. dillərə tərcümə olunmuşdur.

1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən "Türkcənin Uluslararası şeir şöləni"nin üç əsas mükafatından olan "Əlişir Nəvai" mükafatına layiq görülmüsünüz. Sonrakı illərdə dəfələrlə belə festival simpoziumlarda iştirak etmiş, bir sıra diplom sertifikatla mükafatlandırılmısınız. Azərbaycan Yazıçılar Birliyinin İsa İsmayılzadə adına mükafatına, Rəsul Rza adına fondun Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüsünüz.

Siz həm ədəbiyyatşünas alimsiniz. Dörd monoqrafiyanın, yüz əlliyə yaxın elmi-publisistik məqalənin müəllifisiniz.

Əmək fəaliyyətinə Naxçıvan Pedaqoji Texnikumunda başlamısınız. Bir müddət ADPİ-nin Naxçıvan filialında müəllim işləmisiniz. 1970-ci ildən indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirsiniz. Hazırda universitetdə müasir Azərbaycan dili kafedrasının dosentisiniz.

Hörmətli Firuzə xanım!

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.4.