İsmayıl Öməroğlu - 60

 

Hörmətli İsmayıl müəllim!

Sizi - tanınmış şair, publisist, ədəbiyyatşünas alim tərcüməçini yubileyiniz münasibətilə təbrik edirik.

Sizin ilk qələm təcrübələriniz xalq şeirinin təbiiliyini qoruyub saxlayan kövrək, səmimi poetik parçalar idi. Mövzusundan asılı olmayaraq şeirlərinizdə vətəndaşlıq qayəsi, milli qeyrət duyğusu hakimdir. 1980-ci illərdə çapdan çıxmış "Mənim odum, ocağım", "Baxtıma düşən dünya", eləcə "Yerlə göyün arasında", "Günəşin rəngləri" kitablarına daxil edilmiş şeirlərdə yeni poetik axtarışlar, novator düşüncə yeni üslub özünü göstərir.

1981-ci ildə çapdan çıxmış "Ədəbi portret xarakter" monoqrafiyanız mühüm ədəbi-nəzəri problemə həsr olunmuş, "İnsan həyatda və sənətdə" kitabınızda toplanmış məqalələrinizdə müasir ədəbiyyatın bir sıra aktual məsələlərinə, bədii əsərlərin estetik prinsiplərinə elmi-nəzəri münasibət ədəbiyyatşünaslığımıza yeni töhfə kimi dəyərləndirilmişdir.

Siz "Ədəbiyyatda insan konsepsiyası: tarixi təşəkkülü inkişaf mərhələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, "Dünya susur, tarix susmur", "Burulğanlar içində", "Qaçqınlıq", "Qara gündəlik" kitablarını nəşr etdirmisiniz. Sizin rəhbərliyiniz və müəllifliyinizlə irihəcmli "Deportasiya", "Biz qayıdacağıq" adlı kitablar nəşr olunmuşdur.

Çoxşaxəli yaradıcılığınızın bir qolu da bədii tərcümədir. Siz qədim şümerlərin məşhur "Bilqamıs" dastanı, "Avesta"dan parçalar"ı Qədim Misir ədəbiyyatı nümunələrini, rus, Litva, Ukrayna, türk, türkmən b. dillərdən bir sıra bədii əsərləri dilimizə çevirmisiniz. Sizin tərcümələrinizlə Məhtimqulunun "Qəm seli" (1984), Qaracaoğlanın "Aramızda qarlı dağlar dayanıb" (1991; 2006), Ə.K.Bəlviranlının "İslam prinsipləri" (1993) kitabları buraxılmışdır. Sizin redaktəniz rəhbərliyinizlə Azərbaycanda ilk fundamental həcmdə "Qədim Şərq ədəbiyyatı müntəxəbatı" (1999-2007) kitabı nəşr olunmuşdur.

Əmək fəaliyyətinə fəhləlikdən və neft mədənlərində işıqçı kimi başlasanız da, ömrünüzün böyük bir hissəsi əsasən nəşriyyat sistemi dövlət işləri ilə bağlı olmuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil aldığınız illərdə Kiyevdə, Lvovda Moskvada keçirilmiş Ümumittifaq tələbə-elmi konfranslarında çıxış edərək diplomlara layiq görülmüsünüz. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləmisiniz. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor redaksiya müdirlərinin ixtisasartırma kursunda oxumusunuz. 1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya Kitab Ticarət İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində müxtəlif vəzifələrdə işləmiş, 1989-cu ildən taleyinizi Azərbaycan Ensiklopediyası ilə bağlamısınız. 1993-cü ildən "Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradıcılarından biri sədrin birinci müavini olmusunuz. Bir çox elmi, siyasi, ədəbi qəzet və jurnalın redaksiya heyətinin üzvüsünüz. AHİK-nın İdarə heyətinin (1998-2004) üzvü kimi ictimai vəzifəni yerinə yetirmisiniz.

Siz 1984-cü ildən pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Universitetin jurnalistika və kitabxanaçılıq-informasiya fakültəsində dərs deməklə yanaşı, 7 tədris proqramı və 4 dərsliyin müəllifisiniz. Ali məktəblərdə dərs demisiniz. Sizin irihəcmli "Redaktənin əsasları" kitabınız müəlliflər və mətbuat işçilərinin gərəkli vəsaitinə çevrilmişdir.

Hazırda 2005-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsində baş elmi işçi vəzifəsində çalışırsınız. Eyni zamanda, Bakı Dövlət Universitetində kitabxanaçılıq-informasiya fakültəsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professorusunuz.

Hörmətli qələm dostumuz, sizi 60 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, uzun ömür yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel.- S.5.