"Bircəciyim" bədii filmi bərpa edildi   

     

Dövlət Film Fondu görkəmli Azərbaycan yazıçısı İlyas Əfəndiyevin "Valeh və Sarıköynəyin nağılı" povesti əsasında çəkilmiş "Bircəciyim" bədii filmini bərpa etmişdir.

Fonddan AzərTAc-a bildirmişlər ki, "Bircəciyim" filmi 1986-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuşdur. Filmin rejissoru Ənvər Əbluc, operatoru Kənan Məmmədovdur. Rollarda Həsən Məmmədov, Hamlet Xanızadə, Amaliya Pənahova, Ramiz Məlikov və Mehriban Xanlarova çəkilmişlər.

Film rus dilindədir və texniki baxımdan yaxşı vəziyyətdə olmadığı üçün indiyədək nümayiş etdirilməmişdir. Artıq bərpa edilərək Azərbaycan dilinə dublyaj olunan filmin tezliklə AzTV-də ilk dəfə yayımlanması nəzərdə tutulur. 

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.3.