Milli Qəhrəmana həsr olunub

 

Mədəniyyət və Turizm Nazirliyi və "Ozan" nəşriyyatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Turan Mübarizi" adlı kitabın 4 fevral 2011-ci il tarixdə, saat 18-də Gənc Tamaşaçılar Teatrında təqdimat mərasimi keçiriləcək.

Tədbirdə tanınmış ziyalılar, elm, mədəniyyət və ədəbiyyat xadimləri, hərbiçilər, mətbuat nümayəndələri və M.İbrahimovun ailə üzvləri iştirak edəcək.

Gecədə Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən çıxışlarla yanaşı, ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdiriləcək.

Nəfis şəkildə çap olunan "Turan Mübarizi" kitabında M.İbrahimovla bağlı rəsmi sənədlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onunla bağlı söylədiyi dəyərli fikirlər, görkəmli elm mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, bəzi vacib tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb. Kitabın müəllifi polkovnik Yəhya Yusif Canıyar, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir.

 

 

  Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- S.2.