Xalq yazıçısı ilə görüş

     

 Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyatı Təbliğ bürosunun təşkilatçılığı ilə "Azteleradio" İstehsalat Birliyində xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Tədbiri "Azteleradio" İB-nin baş direktoru Əflatun Şərifov açaraq xalq yazıçısının yaradıcılığından, dünyanın əksər ölkələrində kütləvi tirajla nəşr olunan əsərlərindən söz açıb, özününbu görkəmli yazıçının əsərlərini sevə-sevə oxuduğunu vurğulayıb.

Sonra Ədəbiyyatı Təbliğ Bürosunun direktoru, şair Nazim Əhmədli Ç.Abdullayevin yaradıcılıq məziyyətlərindən ətraflı danışıb.

Tədbirin sonunda xalq yazıçısı Çıngiz Abdullayev görüşün keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, yeni yaradıcılıq planlarından söz açıb, mərasim iştirakçılarını maraqlandıran sualları cavablandırıb. 

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.2.