Türkdən gəlib türkə gedən yoldayıq

     

 Mayın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAB) başqanı Yəhya Akenginlə bərabər ölkəmizə gəlmiş bir qrup sənətçi, elm xadimi adamları ilə görüş keçirildi.

Mərasimi Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq dedi: "Dünən Bakıda keçirilən tədbirdə Yəhya Akengin 15-ci "Türk dünyasına xidmət" mükafatına TÜRKSAB-ın idarə heyətinin qərarı ilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın layiq görüldüyünü bildirdi və Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu üçün mükafatı Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıca təqdim etdi. Sonra biz Yəhya bəylə razılaşdıq ki, Azərbaycan Yazıçılar Birliyində görüş keçirək. Demək xoşdu ki, yetmiş il sovet basqısına məruz qalan Azərbaycan nəhayət, öz müstəqilliyinə qovuşdu. Doğrudur, itkilərimiz, problemlərimiz çox oldu. Lakin bütün itkilərimizi tərəzinin bir gözünə qoyub, müstəqilliyimizi o biri gözünə qoysaq, müstəqilliyimiz olan göz daha ağır gələr. Digər tərəfdən, uzun müddət Türkiyə ilə aramızda yaradılan sərhəd dağıldı, ilişkilərimiz sıxlaşdı, "Bir millət, iki dövlət" olaraq bir-birimizə daha da yaxınlaşdıqÇalışmaq lazımdır ki, bu birliyi qoruyaq daha da möhkəmləndirək…"

TÜRKSAB-ın başqanı Yəhya Akengin sözügedən mükafatın təqdimetmə mərasimində ev sahibliyi etdiyinə görə səfir Hülusi Kılıca təşəkkür etdi qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik teleqramını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc tədbirdə çıxış edərək dedi: "Azərbaycan Yazıçılar Birliyində belə bir mötəbər tədbirə qatılmağımdan qürur duyuram. Bugünkü inkişaf edən, yeniləşən Azərbaycana baxdıqca iftixar edirik. Baxmayaraq ki, bir çox problemlər öz həllini gözləyir, Qarabağ itkisi hələ də xalqın qan verən yarası kimi qövr edirBütün bu olaylara baxmayaraq, Azərbaycan dinamik şəkildə inkişaf edir, dünya miqyaslı layihələrin gerçəkləşməsinə imza atır. Bütün bunlar haqqında danışmaq xoşdur.

Yaxın günlərdə Azərbaycan sənətçilərinin beynəlxalq əhəmiyyətli, çox mötəbər mahnı yarışmasında birinci yerə çıxaraq səhnədə Azərbaycan və Türkiyənin bayrağını uca etməsi hamımıza məmnunluq gətirdi, ürəkdən qürurlandı. Artıq üç il üç aydır ki, burada çalışıramöz işimdən məmnunam. O səbəbdən ki, bir millət, iki dövlət olan iki qardaş xalqın bütün sahələrdəki işbirliyinə, mədəni əlaqələrinin daha da genişlənməsinə xidmət edirəm…"

Tanınmış siyasətçi Gültəkin Hacıyeva çıxış edərək dedi: "Baxıb görürəm mən özümü Türkiyədə necə rahat hiss edirəmsə, qonaqlarımız da özlərini burada Türkiyədə olduqları kimi hiss edirlər. Sovet ideoloqları düz yetmiş il dövlətlərimiz arasındakı mənəvi bağları qırmağa çalışdılar. Ancaq bu illər ərzində azərbaycanlıların Türkiyəyə olan sevgisi heç azalmadı. Bu mənəvi bağları qırılmağa qoymayanlar sırasında Azərbaycanın görkəmli şair yazıçıları həmişə öndə dayandılar. Türkiyəyə olan istək mənəvi, içdən gələn bir istəkdi".

Türkiyəli professor, Türk Dil Qurumunun başqanı Şükrü Xaluk bildirdi ki, bizim mənəvi əlaqələrimiz Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, Fuad Köprülü, Atatürk baxışlarından keçib gəlir. Zamanın tələbidir ki, türk xalqları arasında orta türk dili hakim olsun. Bu istəyin gerçəkləşməsində Azərbaycan Yazıçılar Birliyinin həmişə bizim yanımızda olacağına inanırıq. Hesab edirəm ki, ortaq dildə kitab, qəzet, dərgi nəşrlərinin araya-ərsəyə gətirilməsi də bu arzunun gerçəkləşməsinə böyük təkan verəcək".

AYB-nin katibi Arif Əmrahoğlu çıxışında bir daha vurğuladı ki, biz bir millətin, eyni ata-ananın övladları olaraq eyni soykökdən gəlirik. Bütün dönəmlərdə ən mənfur düşmənlərimiz belə bizim kimliyimizi dana bilməyib, bizi türk adlandırıblar. A.Əmrahoğlu ali məktəblərimizdə Türk Dil Qurumu xətti ilə nəşr olunan ədəbiyyata böyük ehtiyac hiss edildiyini də önə çəkdi.

Türkiyəli qonaqlardan adamı Musa Sərdar Çələbi, Memar İlyas Dəmirçi, şair İbrahim Tərzioğlu, Əli İnsan Yolçu, Seyfəddin Ərol, Atatürk Universitetinin müəllimi Çingiz Öz Yılmaz, xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca, tanınmış şairlərdən İlyas Tapdıq, Abbas Abdulla, Oqtay Rza, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, tənqidçi Bəsti Əlibəyli tədbirdə çıxış edərək eyni ata-ananın övladları olan türk xalqlarının mənəvi dəyərlərindən, Türk dünyasının bir araya gəlməsində ortaq dil siyasətinin önəmli yerindən danışdılar, təkliflərini, fikir arzularını bildirdilər.

Tədbiri yekunlaşdıran xalq yazıçısı, AYB-nin sədri Anara hədiyyə olaraq Türk Dil Qurumunun dəstəyi ilə çap edilən "Osmanlı padşahları" kitabı təqdim edildi.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.2.