Elmimizin iftixarı

     

Ölkəmizin elmi-ədəbi ictimaiyyəti mənəvi həyatımızın çox əlamətdar bir hadisəsini qeyd edir: məşhur alim ədəbiyyat tənqidçisi Yaşar Vahid oğlu Qarayev 5 mart 1936-cı ildə Şəki şəhərində bu dünyaya göz açmışdı.

Azərbaycanda çağdaş ədəbi-elmi prosesin vacib perspektiv meyllərinin müəyyənləşməsində, miqyaslı nəzəri problemlərin irəli sürülüb həll edilməsində filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayevin qırx illik fasiləsiz yaradıcılıq və elmi-təşkilatçılıq fəaliyyətinin özünəməxsus yeri dəyəri vardır. Tənqidçi, nəzəriyyəçi-alim, ədəbiyyat tarixçisi Yaşar Qarayev milli, ənənəvi Azərbaycan ziyalılığının əsl fədakar bir xadiminə məxsus zəngin, çoxcəhətli həyat və yaradıcılıq yolu keçmişdi. Zahirən bu tərcümeyi-hal onun təmsil etdiyi nəslə mənsub qələm dostlarının sənət və ömür yolundan o qədər də seçilmirdi. Yaşar müəllim öz həmkarlarından yalnız bu ömür karvanında daşınan yükün təkcə ona məxsus olan sanbalı miqyası ilə fərqlənirdi.

Klassik müasir Azərbaycan ədəbiyyatının tarixi nəzəriyyəsi sahəsində alimin iyirmi iki kitabı, üç yüzdən artıq məqaləsi nəşr olunub. Bizim ədəbi-elmi prosesdə yeni aparıcı istiqamətlər: bədii metod nəzəriyyəsi, renessansmaarifçilik problemi, ədəbiyyat tarixçiliyində və ədəbi tənqiddə analitik-nəzəri üslub xeyli dərəcədə bilavasitə onun bu tədqiqatlarının iştirakı ilə formalaşmışdır. Xüsusən, Yaxın Şərqdə realizmin genezisi, tipologiyası barədə Yaşar Qarayevin nəzəri müddəaları ümumtürk ədəbi-elmi fikri miqyasında da həmin problemin həllində əhəmiyyətli rol oynamışdır.

Alimin bir sıra əsərləri Rusiyada keçmiş SSRİ-nin bir çox respublikalarında, İran Türkiyə kimi yaxın, ABŞ, İngiltərə, Fransa, Almaniya kimi uzaq xarici ölkələrdə tərcümə və nəşr olunub. O, çoxcildli "Dünya xalqları ədəbiyyatının tarixi", "Türk dünyası xalqlarının ədəbiyyatı tarixi", "Azərbaycan ədəbiyyatı tarixi" kimi fundamental nəşrlərin ən fəal və məhsuldar müəlliflərindən biri idi. Yaşar Qarayev Azərbaycan ədəbiyyatı tarixinin üç kitabı artıq nəşr olunmuş son çoxcildliyinin də müəlliflərindən və redaktorlarından biridir. Onun "Faciə və qəhrəman" (1965), "Poeziya nəsr" (1979), "Azərbaycan realizminin mərhələləri" (1983), "Ədəbi üfüqlər" (1986), "Meyar şəxsiyyətdir" (1988), "Bəlli-başlı dönəmləri və zirvə şəxsiyyətləri ilə Azərbaycan ədəbiyyatı" (İstanbul, 1999) s. kitabları yüksək peşəkarlığı ilə, sosial-mədəni və milli-ideoloji dəyəri ilə seçilir. Azərbaycanda ədəbi inkişafın mərhələ təsnifi və bədii tipologiyası haqqında yeni konsepsiyasını o, ilk dəfə "Tarix: yaxından uzaqdan" (1996) kitabında irəli sürmüşdür.

Y.Qarayev tənqiddə və nəzəri fikirdə yeni ədəbi-elmi mərhələninyeni nəslin təşəkkülündə bir təşkilatçı kimimühüm rol oynamışdır. 30 elmlər namizədi və 5 elmlər doktoru bilavasitə onun elmi rəhbərliyi altında yetişib. Alimin on beş il rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu ilə qonşu Yaxın Şərq ölkələrinin, Avropa Rusiyanın elmi mərkəzləri arasında əməkdaşlıq əlaqələri davamlı səciyyə almışdır. O, Bakı, Ankara, Tehran, Moskva, Daşkənd, Bişkek, Aşqabad, Düşənbə və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konqres simpoziumlarda (bəzilərinin təşəbbüskarı və təşkilatçısı kimi) həmişə yaxından iştirak etmiş, dərin məzmunlu giriş sözü məruzələrlə çıxış etmişdir. Azərbaycanda keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərində baş tutmuş realizmregional folklor müşavirələri, ədəbi ilin yekunlarına həsr olunan "Ədəbi proses" silsiləsindən konfranslar məcmuələr, Akademiyada yeni elmi-təşkilati qurum kimi folklor İnstitutunun təsis olunması, "folklor antologiyaları" silsiləsindən yeni fundamental nəşrlərY.Qarayevin təşəbbüsü yaxından iştirakı ilə həyata keçirilmişdir.

Həm özündən qabaqkı klassik elm korifeylərimizin, həm də bilavasitə müəllimləri olmuş Əli Sultanlı, Həmid Araslı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Mehdi Məmmədov, Əziz Mirəhmədov, Abbas Zamanov kimi ədəbiyyatşünaslıq elmimizin inkişafında, ümumiyyətlə, mədəniyyətimizin tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərin nümunəsi Yaşar Qarayevin yaradıcılığının təkamülündə, onun püxtələşməsində mühüm rol oynamışdır. Məhz bu milli zəmində alimin istedadı çoxşaxəli keyfiyyətlərilə üzə çıxmışdır. Ustadlarından bəhs edərkən tez-tez işlətdiyi "sabitlik", "müdriklik" epitetləri elə Yaşar Qarayevin özününboyuna biçilmişdi.

Bu gün ədəbiyyat tariximizin elə bir köklü problemi yoxdur ki, onun araşdırılmasında Yaşar Qarayevin həmişə narahat, axtaran təfəkkürünün işığı görünməsin.

"Tarix: yaxından uzaqdan" kitabı vahid konseptual səciyyə daşıyan, Azərbaycanda milli-bədii tərəqqinin qaynaqlarını, təşəkkül və inkişaf mənzərəsini əhatə edən, nəzəri və tarixi baxımdan bir-birini davam etdirən tamamlayan iki əsas bölmədən və icmal-oçerklərdən ibarətdir. Burada Azərbaycan ədəbiyyatınınistiqlal hərəkatımızın tarixi, bu tarixin aparıcı hadisələri, abidələri, dərsləri və onlara verilən qiymətlər çağdaş elmi-nəzəri mövqedən incələnir və yenidən dəyərləndirilir. Azərbaycanda tarixi-bədii tərəqqi barədə son on beş ildə yeni milli konsepsiyanın yaranmasında bu kitabın da mühüm rolu vardır. Ölkəmizdə milli ədəbi inkişafın mərhələləri və tipologiyası haqqında yeni konsepsiya öz müstəqilliyinə qovuşmuş Azərbaycanda belə miqyaslı və sistemli şəkildə ilk dəfə məhz bu kitabda irəli sürülmüşdür. Burada klassiklərə tarixi yanaşma tərzininmüasir ədəbi prosesin təhlilinin hər cür vulqar əyintiifratlardan xali nəzəri, metodoloji, estetik meyar və prinsipləri işlənib hazırlanmışdır.

Yaşar müəllimin XIX-XX yüzilliklər ədəbiyyatımıza həsr olunmuş sonuncu monoqrafiyası da bu baxımdan istisna deyil. Ürək ağrısı ilə qeyd edirəm ki, 2002-ci ildə, avqustun 18-də Mərdəkandakı bağımıza adam göndərib məni yanına çağırmış, məndən bəzi şeylər xahiş etmiş bəlkə də ömründə son dəfə əlinə qələm alaraq redaktoru olduğum həmin kitabın ilk səhifəsinə çox səmimi xatirə sözlərini yazıb mənə bağışlamışdı. Mən elə həmin axşam kitabı bir daha səhifələməyə başladım və bir neçə saatlıq təmasım nəticəsində gördüm ki, mən əlyazmasına razılıq dərkənarı yazandan sonra keçən təqribən il yarım ərzində Yaşar müəllim öz əsəri üzərində yenidən işləmiş, onu xeyli təkmilləşdirmiş, mətnə bir sıra çox maraqlı əlavə və düzəlişlər etmişdir. Kitab "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər" adlansa da, əslində o, adındakı zaman ölçülərilə məhdudlaşmayan yeni, müxtəsər bir Azərbaycan ədəbiyyatı tarixidir. Maraqlıdır ki, müəllif mövzusunun əsas tərkib hissələrini təşkil edən XIX əsrin və XX əsrin ictimai-bədii fikir tarixinə xüsusi sanballı fəsillər ayırmaqla öz vəzifəsini bitmiş hesab etməmişdir. O, müqəddimədən sonrakı ilk fəsildə Azərbaycan-türk əsatirlərindən, folklor qaynaqlarından başlayıb, orta əsrlərin görkəmli söz təfəkkür sahiblərinin yaradıcılığına qədər bütün ədəbiyyatımıza yüksək elmi əsaslara söykənən mükəmməl bir icmal vermişdir. Xüsusən XX əsr ədəbiyyatının araşdırıldığı fəsil öz hüdudları ilə çox vüsətli olub ikinci respublika dövrü ədəbiyyatını, repressiya qurbanlarını, mühacirət ədəbiyyatını, ədəbi-bədii tənqidi, Cənubi Azərbaycandakı ədəbi prosesi, 60-70-ci illərdə ədəbiyyata gələn, indi hər biri sanballı yaradıcılığa malik sənətkarlar kimi tanınan bir çox görkəmli ədəbi simaları əhatə edir. Bu da deməyə tam əsas verir ki, əlimizdəki kitab həqiqətən də, bütöv bir Azərbaycan ədəbiyyatı tarixinin kamil, yığcam, Yaşar Qarayev modelidir.

Təsvirçilik, ədəbi hadisələrin quruca sadalanması, faktoqarfiyasözçülük onun əsərlərinə yad idi. Hansı xalqa, hansı dövrə aid olduğunun fərqinə varmayan Yaşar müəllim ədəbi prosesin mahiyyətini, tarixi köklərini çox böyük səriştə ilə araşdırır, onun bir çoxlarının nüfuz edə bilmədikləri incəliklərinə dalır, öz fikirlərini inandırıcılıq qüvvəsilə əsaslandırırdı. Onun çox qiymətli bir şakəri vardı: hər hansı elmi termin kateqoriyalarla əlaqədar olaraq alim həmişə xüsusi araşdırmalar aparar, Azərbaycan, Rusiya, Türkiyə, İran Avropa elminin son nəticələrinə əsasən həmin termin kateqoriyalara özünün təravətli fərdi münasibətini açıqlayar, yalnız bundan sonra onlardan yerli-yataqlı istifadə edərək öz elmi konsepsiyasını meydana qoyardı. Son kitab da bu baxımdan istisna deyil. Buna inanmaq üçün həmin kitabdan, çox demirəm, elə təkcə Şumer mədəniyyəti, sufizm, ürfan, genetik kod, türkçülük anlayışları ətrafındakı incələmələri oxumaq yetərlidir.

Xatırlatdığım əsərlərə bütövlükdə xas olan fərdi yazı tərzi, orijinal üslub Yaşar müəllimi görkəmli alim tənqidçi kimi səciyyələndirən özəl keyfiyyətlər idi. Onun üslubu akademizmlə obrazlılığı, elmiliklə bədiiliyi üzvi vəhdətdə, uğurla birləşdirir - desəm, məncə, artıq ümumiləşib vətəndaşlıq hüququ qazanmış ədəbi-ictimai fikri ifadə etmiş olaram. Yeri gəldikdə təmkin, möhkəm məntiq, yeri gəldikdə isə nadir emosional zəriflik oxucularda onun əsərlərinə həmişə böyük maraq doğururdu.

Yaşarın yaradıcılığında ana dilimizin olduqca zəngin ifadə imkanları açılır, Azərbaycan türkcəsinin gözəllik və əzəməti görünür, incəliyi, şirinliyi, musiqisi duyulurdu. Həm də elə bu keyfiyyətlərinə görə Yaşar müəllim geniş ümumxalq məhəbbəti qazanmış alimlərimizdən və tənqidçilərimizdən biri idi. Müasir ədəbi mühitə istiqamət verə bilən belə yaradıcı ziyalıları barmaqla saymaq olar. Ona görə bizim üçün fərəh mənbəidir ki, ümummilli liderimiz Heydər Əliyev Şəkidəki son görüşündə bu bölgədən nəşət etmiş böyük Azərbaycan ədəbi, elmi simaları sırasında Yaşar Qarayevi qədirşünaslıqla yad etmişdir.

 

***

 

Yaşar Qarayev bir şəxsiyyət kimi bütövyetkin idi. Onun xarakterində fitri bir səmimiyyət və incə bir təvazökarlıq vardı. Keçən əsrin 80-ci və 90-cı illərinin kəsişdiyi məqamda, zəmanənin bulanıb-durulma vaxtında öz şəffaflığını, milli-mənəvi simasını itirməyən sayseçmə ziyalılarımızdan biri məhz Yaşar müəllim idi. Onunla söhbətdən hər kəs əsl ziyalı ülviyyəti duya bilirdi. Yaşar Qarayev eyni zamanda fəal vətəndaş yanğısı, mübarizliyi, fədakarlığı ilə bütövləşən nadir qələm sahiblərindən idi. Onun bütün elmi publisist fəaliyyəti azərbaycançılıq ideyalarına sədaqətlə xidmətin unudulmaz rəmzidir.

Elm təşkilatçısı və kadr yetişdiricisi kimiYaşar müəllim çox məsuliyyətliydi. Onun rəhbərlik etdiyi ədəbi-elmi mühitdə tam bir demokratiya və ziyalılıq hökm sürürdü. İmzasına xas olan təravətli üslub, elmi nüfuzun, səlahiyyətin, əməldə-işdə şəxsi nümunə rolunun məmur-bürokrat davranışı üzərində tam üstünlüyü təşkilatçı-rəhbər kimi onun əsas dəst-xəttiydi. İdarəetmədə dəftərxana bürokratiyasından, amiranə-inzibati görüntüdən və "zəhmdən" onda əsər-əlamət yox idi. Bu ruhda yetirdiyi kadrlar da onun elmi məktəbinin ləyaqətli davamçılarıdır.

Bizim ədəbiyyatşünaslarımız bir ənənə olaraq namizədlik, doktorluq dissertasiyalarının mövzularına, bu sahədə nəşr etdirdikləri kitab məqalələrinin sayına və sanbalına görə ədəbiyyat tariximizin ayrı-ayrı sahələri üzrə görkəmli avtoritetlər kimi tanınırlar. Elmi axtarışlarını ədəbiyyat nəzəriyyəsi məsələləri, ədəbi cərəyanlar üzərində cəmləşdirən mütəxəssislərimiz, yaxud ömrünü buya digər sənət bahadırına (məsələn, Nizamiyə, Füzuliyə, M.F.Axundzadəyə) həsr etmiş alimlərimz var. Bu baxımdan, artıq gördüyümüz kimi, professor Yaşar Qarayev elmimizin o nadir simalarından biriydi ki, yaradıcılığı mövzu maraq hüdudu tanımırdı.

Yaşar müəllim ədəbiyyat tarixi, folklorşünaslıq, ədəbiyyat nəzəriyyəsi, cari ədəbi proses və ədəbi əlaqələr sahəsində eyni müvəffəqiyyətlə çalışır, bu sahələrin hər birinə dair öz fərdi axtarışları və müşahidələri əsasında təzə söz deməyi bacarırdı. Belə olduğu üçündür ki, biz - qələm və məslək yoldaşları onun "Kitabi-Dədə Qorqud" dastanlarının əzəməti haqqında mülahizələrini necə maraqla oxuyurduqsa, çağdaşı olan bu ya digər sənətkarın ən yeni əsəri, təzə teatr tamaşası haqqında məqalələrini də eyni maraqla nəzərdən keçirir, Nizami, Füzuli, Vaqif, M.F.Axundzadə, Cavid, Şəhriyar kimi klassiklərin sənət dünyası haqqında mötəbər məclislərdəki məruzələrini də eyni maraqla dinləyirdik. Səbəb Yaşar Qarayevin erudisiyasının zənginliyi, ədəbi fakt hadisələri qiymətləndirmək meyarının dəqiqliyi, bir söz xiridarı, bir filoloq kimi peşəkarlıq səviyyəsinin yüksəkliyi idi. Mən bu dediklərimə Yaşarla birgə çalışdığım on illər boyu həm Azərbaycanda, həm keçmiş Sovet məkanında, həm də uzaq-yaxın xarici ölkələrdə keçirilən mötəbər elmi məclislərdə onu dinləyərkən dönə-dönə inanmış və həmişə öz dostumla fəxr etmişəm.

Ömrünün səmərəli elmi yaradıcılıq fəaliyyətinin əlamətdar çağında sıralarımızı vaxtsız tərk etmiş Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin müxbir üzvü, daha bir sıra çeşidli şərəfli adların daşıyıcısı, böyük vətəndaş, parlaq şəxsiyyət, elmimizin iftixarı Yaşar Vahid oğlu Qarayevin parlaq xatirəsi onun dostları, həmkarları, tələbələri, sayı bilinməyən oxucuları üçün həmişə əziz olaraq qalacaqdır.

 

 

Bəkir NƏBİYEV,

akademik

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 mart.- S.1, 2.