Heydər Əliyev haqqında

 

Ədəbiyyatımızın, mədəniyyətimizin böyük dostu və hamisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü dərin ehtiramla qeyd etdiyimiz bu günlərdə onun unudulmaz sözlərini bir daha xatırlayır və iftixarla dərk edirik: Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.

Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.1.