Şərurun poetik səsi

  

   Qədim Oğuz yurdu olan Şərurun ədəbi mühitində ən aparıcı mövqe Şərur ədəbi birliyinə aiddir. İlk məşğələsi 1970-ci ilin yazında keçirilmiş bu ədəbi məclis bir vaxt "İşıqlı yol" adlanan rayon qəzetinin nəzdində “Şərur qönçələri” kimi fəaliyyət göstərirdi. Şərurun istedadlı gəncliyinin yeni nəsli bu şeir-sənət məclisində qönçə kimi çiçək açmaq üçün münbit şərait qazana bilmişdi. Qısa vaxtdakı səmərəli fəaliyyəti sayəsində “Şərur qönçələri”ndən neçə-neçə istedadlar pöhrələnmişdi.

“Şərur qönçələri” dərnəyini, yaxud ədəbi məclisini səciyyələndirən əsas xüsusiyyətlər aşağıdakılardan ibarət idi. Birincisi, “Şərur qönçələri” öz ətrafında Şərur çuxurunun istedadlı gəncliyinin mütləq əksəriyyətini cəmləşdirə bilmişdi. İkincisi, bu ədəbi dərnəyin ayrıca mətbu orqanı, yaxud ədəbi almanaxı, toplusu olmasa da, üzvlərinin bəyənilmiş əsərlərini "İşıqlı yol" qəzetində dərhal çap etdirmək imkanı var idi. Bu cəhətdən həmin dövrdə "İşıqlı yol" qəzetinə redaktorluq etmiş Rafiq Həsənovun zəhmətini xüsusi minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm. Redaktorun "səxavəti" sayəsində nəinki ədəbi məclisdə müzakirə edilib qəbul olunmuş bədii nümunələr, hətta “Şərur qönçələri” dərnəyinin keçirilməsinə dair elanlar xəbərlər də "İşıqlı yol" qəzetində özünə ardıcıl olaraq yol tapa bilirdi. Bu isə öz növbəsindəŞərur qönçələri” ədəbi məclisinin mütəşəkkilliyinə, necə deyərlər, təşkilatlanmasına və cəlbedici imkanları ilə diqqəti çəkməsinə xüsusi təsir göstərirdi. Sonralar Azərbaycan Yazıçılar Birliyinin üzvləri səviyyəsinə çatmış bütöv bir ədəbi nəsil ədəbiyyata “Şərur qönçələri”ndən qədəm qoymuş, bu qaynar ədəbi məclisdən "İşıqlı yol" qəzetinə yol tapmış bədii yazıları ilə gəlmişdir. Altay Tağızadə, Akif İmanlı, Vaqif Məmmədov, Telman Qəhrəmanov, İbrahim Yusifoğlu, Əhməd Sədərəkli, Budaq Təhməz, İlyas fərəməzoğlu, Vaqif Əsrar başqaları üçünŞərur qönçələriilkin ədəbiyyat məktəbi funksiyasını layiqincə yerinə yetirmişdir.

Üçüncüsü, “Şərur qönçələri” öz ətrafında yalnız şeir hekayə yazan istedadlı gəncliyi deyil, eyni zamanda publisistika ədəbi tənqidlə məşğul olan yeni nəsli də cəmləşdirmişdi. Təsadüfi deyil ki, Çingiz Nağıyev, Cəfər Əliyev, Elman Telmanoğlu başqaları kimi publisistlərŞərur qönçələri” ilə bağlı olmuşlar. Əbülfəz Əzimli, Seyfəddin Eyvazov bu sətirlərin müəllifi də ilk resenziyalarını, yubiley məqalələrini, araşdırmalarını, toplama materiallarınıŞərur qönçələri”nin üzvü kimi ilk dəfə "İşıqlı yol" qəzetində çap etdirmişlər. Deməli, “Şərur qönçələri” özünün xarakterinə görə elmi-ədəbi dərnək kimi formalaşmışdır.

Beləliklə, “Şərur qönçələri” nəinki Şərur rayonunda, hətta Naxçıvan ədəbi elmi mühitində özünəlayiq yer tutmuşdur. “Şərur qönçələri” ötən əsrin yetmişinci illərində Azərbaycanda fəaliyyət göstərmiş ən ardıcıl və məhsuldar ədəbi dərnəklərdən birinə çevrilmşdir.

Artıq uzun illərdir ki, “Şərur qönçələri” dərnəyi Şərur ədəbi birliyi kimi fəaliyyət göstərir. Birlik çoxillik ənənəsinə sadiq qalaraq yenəelm ədəbiyyat, mətbuat sahələrində təmsil olunan yeni istedadlı nəsillərin yaradıcılıq məktəbi kimi öz yolunu uğurla davam etdirir. Şərur ədəbi birliyi qədim Şərurun istedadlı gəncliyinin ciddi böyük yaradıcılıq mərkəzidir. Vaxtilə "İşıqlı yol" qəzetinin açdığı yolu bu gün "Şərurun səsi" qəzeti layiqincə yerinə yetirir. İlk poetik qönçələr, açılan ilkin yollar indi Şərurun kamil ədəbi səsi kimi çağlamaqda davam edir. Son illərdə Şərur ədəbi birliyinin xüsusi almanaxlarının ayrıca kitab halında nəşr edilməsi bu yaradıcılıq qurumunun xidmətlərinin və imkanlarının qabarıq şəkildə nəzərə çarpmasına münbit şərait yaratmışdır. Bu almanaxlar neçə-neçə gənc istedada ümid inam bəxş etmiş, onları böyük sənətə doğru istiqamətləndirmişdir. Şərurdakı ədəbi birlik, "Şərurun səsi" qəzeti və çap edilən almanaxlar birlikdə burada mükəmməl sistemli bir yaradıcılıq mühitinin formalaşmasına müsbət təsir göstərmişdir. Bütün bunlara görə Şərur ədəbi birliyini Şərurun Yazarlar Birliyi kimi qəbul etmək olar.

Şərur qönçələri” - Şərurda pöhrələnən şeir-sənət qönçələrinin yaradıcılıq dərnəyi idi. Bir çox istedadlarŞərur qönçələrindən çıxdı, çiçək kimi açıldı, qönçələndi, pöhrələndi. “Şərur qönçələri” bu Oğuz yurdunda ədəbi mühitin formalaşması mərhələsidir. Hazırda bu birliyin ətrafında təkcə həvəskarlar deyil, tanınmış, yetkin qələm sahibləri, Azərbaycan Yazıçılar Birliyinin istedadlı məhsuldar üzvləri cəmləşmişdir.

Şərur ədəbi birliyi Naxçıvan Yazıçılar Birliyinin Şərur yaradıcılıq bazasıdır. Bu ədəbi birlik Azərbaycan ədəbiyyatına həm təcrübəli qələm sahibləri olan yazıçılar şairlər, həm də yeni imzalar bəxş etməkdə davam edir. Tanınmış şair publisist İbrahim Yusifoğlunun bu ədəbi birlikdəki təşkilatçılıq fəaliyyəti və yaradıcılıq işi yeni-yeni nəsillərin qələmdən ürəklə yapışmalarına dəstək verir.

Azərbaycanın ayrılmaz parçası Naxçıvan diyarının bənzərsiz bölgəsi olan qədim həmişəcavan Şərurun bədii obrazı, nağıllı-əfsanəli Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi Şərur ədəbi birliyində formalaşır. Şərur ədəbi birliyi Dədə Qorqud yurdu Şərurun sabahına da gur işıq salır.

 

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.-S.3.