Əzizim Aqşin müəllim!

 

Sizi anadan olmanızın 75 ədəbi fəaliyyətinizin 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Respublikamızın ədəbi ictimaiyyəti sizi həm məhsuldar nasir, dramaturq, publisist, tərcüməçi, həm mahir pedaqoq kimi yaxşı tanıyır qiymətləndirir.

Hələ tələbəlik illərində qələmə aldığınız "Azadlıq uğrunda" adlı ilk hekayənizin ayağı uğurlu olmuş indiyədək otuz beşə yaxın maraqlı kitabınız işıq üzü görmüş, neçə-neçə pyesiniz səhnə, ekran efir təcəssümü tapmışdır.

Sidq ürəklə vurğulamaq yerinə düşər deyim ki, siz öz sadəliyiniz, təvazökarlığınız, təmənnasızlığınızla şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən görkəmli ədiblərimizdən birisiniz.

Əzizim Aqşin!

Sizin çağdaş ədəbiyyatımıza bundan sonra da dəyərli ədəbi töhfələr verəcəyinizə ürəkdən əminəm.

 

Sizin

 

Hidayət Orucov

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.-S.4.