Unudulmaz insan

 

Keçən əsrin 60-cı illərinin əvvəllərində biz tələbə, o isə aspirant idi. Hələ o zamanlar mən sevimli müəllimimiz, görkəmli yazıçımız və alimimiz Mir Cəlal Paşayevdən Firidun Hüseynov haqqında çox xoş sözlər eşitmişdim. Mir Cəlal Firidundan ürək dolusu danışar, onun şəxsində gələcəyin böyük bir alimini, ustad bir müəllimini gördüyünü xüsusi qeyd edərdi. İllər keçdi, mən Firidün müəllimlə doğma universitetimizdə çiyin-çiyinə işləməyə başladım.

…Sinəsi söz xəzinəsi idi, danışarkən dilimizin gözəlliyindən, şirinliyindən elə yerli-yerində istifadə edərdi ki, insan onun zəngin söz ehtiyatına, ədəbi dilimizin, xalq dilinin incəliklərini dərindən bilməsinə heyran olardı. Mən onun söhbətlərinə qulaq asanda həmişə bu hissləri keçirmişəm. Rəhmətlik Firidunda Mirzə Cəlil yumoru, Sabir gülüşü var idi.

Firidun Hüseynovun prof. Mir Cəlalla birlikdə nəşr etdiyi "XX əsr Azərbaycan ədəbiyyatı" keçən əsrdə yazılmış ən gözəl ədəbiyyat dərsliklərindən biridir. Mən bu kitabı dəfələrlə oxumuşam, indinin özündə də oxuyuram, hər dəfə orada nəsə yeni bir şey tapıram.

 

VasimMMƏDƏLİYEV

 

AMEA-nın həqiqi üzvü

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.6.