"Xəmsə"də türkcə sözlər

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyini geniş qeyd etdiyimiz bu günlərdə onun fars dilində yazmalı olduğu ölməz Xəmsəsində doğma türkcəmizi necə böyük məhəbbət və sənətkarlıqla işlətməsini - sevdirməsini də saysız faktlar əsasında elmi tədqiqata cəlb etməyimiz övladlıq borcumuzdur.

Məhəmməd Əmin Rəsulzadənin ciddi zəhmət nəticəsi olan Azərbaycan şairi Nizami kitabında, akademik Həmid Araslının klassik ədəbiyyatımıza dair çox qiymətli araşdırmalarında bu mühüm problem qədərincə dəyərləndirilmişdir.

Prof. dr. Cavad Heyətin Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda kitabında yer almış Xəmsədə türkcə sözlər tədqiqatı da həmin mövzuya həsr olunmuşdur.

Adı çəkilən məqaləni ixtisarla təqdim edirik.

Ədəbiyyat qəzeti.- 2014.- 14 fevral.- S.1; 4.