DOSTLA SÖHBƏT

 

Yənə sənə gəlmişəm,

Qaçıb-qaçıb hamıdan

Astaca pəncərənin şüşəsini döymüşəm.

Demə mənə "yuxum var",

Demə mənə soyuqdu.

Geyin gedək sahilə

Susulacaq sözüm var,

Bilirsənmi əziz dost?

İnsan özündən qaçır

Yorulur yaxınlardan,

Bezikib insanlardan uzağa yelkən açır...

...hə, yetişdik sahilə...

Bax, Xəzər necə susub,

Gəl,

Sürümə ayağını.

Elə baxma üzümə,

Yorulmusan, bilirəm...

Otur biraz sağımda.

Sağımda bir boşluq var,

Solum yaman ağırdır,

Məni yaman ağrıdır.

Dostum, dinlə Xəzəri,

Susmağı da gözəldi,

Yorğun-yorğun uyuyub

Yatmağı da gözəldi...

, harda qalmışdım...

Solum ağrıdır məni

Zibillikdi oralar...

ikiüzlü,

riyakar.

Allah,

Allah, qədər səfeh bəndələrin var.

Bilirsənmi, əziz dost,

Üşüyürəm gecələr,

Dizlərim isinməyir...

Sonra deyirəm səbr et,

Öləcəksən birtəhər.

Çox danışdım deyəsən?..

Bağışla, səni yordum...

Gözlə,

Çantama baxım, şərabım olacaqdı...

, buyur nuş eləyək..

İçək

Uzağa dalaq...

Sağlığına dostluğun

Bu gecə birgə susaq.

 

SƏNİ GÖZLƏYİRƏM

 

Mən küləksaçlı,

Alçagözlü,

Payız qoxulu qadın...

Sən dağ rüzgarları tək haylaz.

Əlimdə zeytun budağı

Meyvəsi gözlərin.

Pozaq sevgisizliyin əzbərlənmiş əzbərin

İnandıraq dünyanı bizə...

Sən mənim qızlıq sevgim,

Mən sənə yasaxlanmış qadın...

Xoşbəxt sona az qalır,

Az qalır...

İndi hansısa at nallı qatar

Ya da, yel qanadlı bir uçaq

Düşüb saatından,

Uçuş vaxtından qaçaq

Səni mənə gətirir.

iki gözlü pəncərə- gözləri buğlu

Əynimdə sevdiyin gecəliyim

Lampanın yumulur gözü.

Gecə bizim,

Yasaxlar bizim,

Günahlar bizim.

Saat 2-yə qalır 5 dəqiqə

Bilirəm, indicə qapı çalınacaq.

 

***

 

Məni ayrılıqla qorxudan adam,

De görüm kim ölüb gedənlər üçün?

Bir məzar qazırıq,

İki göz yaşı...

Bu da , son ayindi ölənlər üçün.

sən uşaqsan,

mən üzsüz.

Biz bizi bilərək edam edənik.

Gücümüz çatmayıb birgə həyata,

Ayrı pəncərələrin arxasında biz

Eyni dərd ipində qəbrə gedənik.

qaldi de səndə

qaldı məndən?

Bir nəmli əl izi

Bir öpüş yeri...

Qoy daha üşüsün o görüş yeri.

sən uşaqsan,

mən məktəbli.

Bilirik, ayrılıq zamanı yetib,

Serroz xəstəliyi tutub sevgimiz

Bitib,

Son nəfəsi bu payız bitib.

 

SƏN DƏ GET

 

Sən get,

Təbiət remarkasın hazırlayıb ayrılığın,

Bozumtul buludlar

Yağışlı küçələr

görüş yeri.

Sözlü baxışlarını götür üstümdən,

Götür, çiyinlərim sınacaq indi.

Sən get...

Burax təkliyimlə baş-başa qalım.

Get adam,

Alıb saçlarımdan əlinin ətrin,

öldürüb arada bu eşqin xətrin

Gecikmə,

Dayanma, çıx get.

Gözündə bir baxış izimi saxla,

ikicə kəlməlik sözümü saxla.

Qırıq xəyallarım itkin düşübdü,

əl atıb arada cibini yoxla...

Əlvida!

 

***

 

Bir ev təkliyim var bu gecə,

Küçələr səssiz

Ağaclar baş-başa verib qısılıb gövdələrinə.

Döngələrdə arabir qəfil kölgələr sürünür,

yoxa çıxır.

Pəncərəmin altında iki addımlı səslərin bilinməzliyi...

Yaman uzun olur qış gəcələri...

                        sabahlar arzular tək əlyetmez.

Darıxıram,

Düşürsən yadıma anamın "damdabaca" nağılından

uşaqkən hey söylərdi anam:

"Damdabaca , gəl bu qızı apar"...

...gəl apar bu qızı, zalım adam.

Gözlərimi zilləyib səs gələn tərəfə

                        sükutdan diksinirəm

Saat zamanı yükləyib əqrəbin belinə

                                   çovur üzüyuxarı.

Pəncərəmə qısılıb balaca pişik

Kim bilir hansı zibillikdə anası yemək axtarır...

Sıxılıram

Hər şey qədər anlamsızdır sən olmadan,

Yootubda oxuyur nəfəskəsici bir səslə

Cem Adrian..."bu gece uyut beni

Bu gece kollarında

Göster yüzünü cennetin"...

Utanmasam bir siqaret yandırardım,

siqaret demişkən, tapmışam onları

                                   gizlətdiyin yerlərdən,

Daha əsəbləşmirəm bilirsən?

indi siqaretinlə   əzizsən...

Darıxıram,

Gözlərim pəncərədə,

Qulağım qapıda qalıb...bəlkə  gələrsən

sükutu pozular təkliyimin.

 

Gülsadə İbrahimli

 

Ədəbiyyat qəzeti.- 2017.- 2 dekabr.- S.11.