Uşaqlıq üçün himn

 

Uşaqlıq? Hansı uşaqlıq?

Kəsilib, qırılıb, yox olub itənmi?

Arxa həyətdə üstü taxtayla

                        bağlanıb mıxlanmış

Quyunu,

Çardaqdakı nərdivanı görüb

Qorxmağı öyrəndiyinmi?

 

Əyin-başından tökülən hərbi formalı,

Uşaq dəstəsinin başında

Küçələri, xiyabanları dolaşan,

Səsucaldıcıdan yeni eranın

                        başlandığı deyiləndə,

ətrafındakı evlərin yekəlib böyüdüyü,

otaqların özünə sığmadığı,

insanların izsiz-tozsuz itkin düşdüyü

uşaqlığımı deyirsən?

 

Fotolar bir-biriylə pıçıldaşır

Dəhlizdə, çərçivələrindən boylanıb,

Hər dəfə mətbəxin yanından keçəndə

Yemək qazanları adını çağırır.

 

Sənsə bacınla birgə özünü ölmüşlüyə qoyursan

Xilas etmə atıb getmə oyununda.

Özünü o qədər ölmüşlüyə qoyub uzandın ki,

Gözünün ucuyla sakitcə seyr edəndə dünya

Sənə gizlicə tamaşa etdiyin oyuna bənzədi. Bax!

Qulluqçular necə gülməli qaçır, əsgərlər qışqırır,

mebeli çevirəndə

ananın çini qabı çilik-çilik olur.

 

Yatma, oyan.

Hər bir pərdə anala açılır

Oxuduğu məktuba göz yaşları damır.

Hər bir pərdə atanla düşür,

Fironun qolları üstünə yıxılır taleyi.

 

 

 

Hansı uşaqlıq, hələ bitməyənmi?

                                   , sən hələ

Uşaqsan, böyüməyinə çox var.

Hələ Tanrıyla danışır qarı düşünürsən

Yağan qar Allahın səsidir, dinləyirsən,

Qışsa tavanı hündür olan evdi

Burada Tanrı bir baxışla

Okean dalğasını oktava dəqiqələrlə ölçür

bir neçə barmağıyla

Uşağın "Mən" deməsinə qədər

Bütün yolları,

Fərsəq-fərsəq...

 

Hansı uşaqlıq,

Əlindən qaça bilmədyinmi? Sən

Nəyi bildiyini, nəyi heç bilmədiyini

Çox gec anlayırsan.

Hələ düşünürsən ki,

Damın kənarına ilişib qalan küləyin

                        son mahnısını eşidirsən,

Sözləri nəfəsinə hopub,

Göyərçinin səsindəki kədər toranlığa qarışır,

İtir, bir sübh şəfəqlərində doğulur,

Boğulur, sonra da

Təsəvvür yaddaşı oyadır, hara baxsan

Cənnət,

Hara baxsan

Cəhənnəm

Hara baxsan, uşaqlığın ölümü...

 

Li-Young Lee

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.29.