XVIII əsrdə Qarabağda hava necə olub...

 

Rüstəm KAMAL

 

Hava iqlim yalnız meteoroloji araşdırma obyekti deyil, həm ideoloji tarixi refleksiyanın mövzusu ola bilir. Düşünürəm ki, Azərbaycan mədəniyyətinin iqlimşünaslığı öyrənilsə, çox mətləblərə aydınlıq gələr...

XVIII əsrin havası iqlimi Qarabağ tarixinin mühüm bir "personajıdır".  Hava durumu o dövrdə hadisələrin gedişatına, savaşın müqəddəratına, insanların taleyinə necə təsir edib - kiçik yazımız  bu haqdadır.

XVIII əsrdə Qarabağ xanlığının iqlimi havası haqqında məlumatlar tarixi qaynaqlarda, demək olar ki, yox dərəcəsindədir. Təəssüf ki, salnamə müəlliflərinin təhkiyəsində XVIII yüzilin meteoroloji durumu haqqında xəsisliklə məlumat verilir. Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumunun şahidi olmuş Mirzə Adıgözəl bəy həmin günün hava durumunu yadında saxlaya bilərdi. Yaddaşına köhnə adamların rəvayətlərini xatirələrini yığmış Mirzə Camal, Baharlı, Mirzə Yusif Qarabaği üçün keçmişin "iqlim hadisələri" qədər maraqlı ola bilərdi?

Kompilyativ xarakter daşıyan, salnamə şəkildə yazılmış "Qarabağnamələr" istinad edəcəyimiz əsas mənbələrdir. Bu mətnlərdə "meteoroloji kod" o dövrün hadisələrinə macəra mistika qazandırır.

Babalarının şanlı şərəfli tarixini ("Qarabağ xanlığının 1717-1805-ci illərdə siyasi vəziyyətinə dair") yazan Əhməd bəy Cavanşir birdən təhkiyəsini dayandırır, Şuşanın landşaftı təbiəti haqqında nostalji duyğularını oxucularla paylaşır. Şuşanın landşaftı onun gözlərində yenidən canlanır dirilir. Onun üçün Qarabağ coğrafiyası özü maraqlı tarixdir əziz bir xatirədir, Şuşanın iqlimi , landşaftı da xanlığın tarixi qədər vacib sirlidir: "Dumanlı havada səhərin hər hansı bir yerindən şimala, şimal-şərqə şimal-qərbə nəzər salan adam belə gözəl bir mənzərədən valeh olur: burula-burula qalxan dumanlar qara buludlar gah Qarabağ dağlarının qara zirvələrini ağaran Qafqaz dağlarını dövr eyləyərək onların başına dolanır onlara toxunub dağılır, gah da bir anlığa onların qabağını örtür".

Qarabağ tarixinə həsr olunmuş bu salnamələrdə "meteoroloji kodun" fatalizmi ilk baxışdan o qədər diqqəti çəkmir, amma baş verəcək faciə ilə dumanlı havanın arasında mistik əlaqəni hiss edirsən: "Təsadüfən o gün hava tüstü tozdan elə tutuldu ki, adamlar bir-birini görə bilmirdilər. Mustafa xan öz qoşunu ilə qabağa yeridi. Qızılbaşlar yolu tanımadıqlarından nəhəng dağın üstündən aşdılar. Hava buluddan tozdan təmizlənən kimi valinin əsgərləri gördülər ki, qızılbaşlar şəhərin yuxarı hissəsindən keçib onların arxasını kəsmişdir. Axırda çarəsiz qalıb geri qayıtdı İraklı xan öz imarətinə gəlməyə imkan tapmadı". (Mirzə Yusif Qarabağı. "Tarixi-safi").

Doğrudan da həmin gün duman gürcülərlə çox pis "zarafat edir". Mirzə Adıgözəl bəy həmin iqlim "sürprizini" qələmə almadan keçə bilmir:

"Təsadüfi olaraq bir hadisə üz verdi. Səhər vaxtı havanın saf aynasını duman elə bürüdü ki, göz görməkdən aciz qaldı. Qızılbaş qoşunu nabələd olduğundan dağ yuxarı yeridi. Elə ki, duman dağılmağa başladı aləmin tutqun aynası işıqlandı, vali baxıb gördü ki, Qızılbaş qoşunu onların arxasına şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri qayıtdı. Öz imarətinə girməyə fürsət tapmadı".

Duman Şuşa üçün səciyyəvi təbiət hadisəsidir. O, duman içində Şuşanı qaynayan bir mis qazana bənzədir (A.O.Puşkin "Tunc atlı" poemasında Neva çayını qazana bənzədir): "Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nəzər saldıqda ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır".

Hava durumu bir süjet elementi kimi salnamə fabulasının təşkilində iştirak edir. Məsələn, yazda çayların daşması motivi qoşunların yürüşünü izləmək baxımından mühüm informasiyadır. Mir Mehdi Xəzani "Kitabi-tarixi Qarabağ"da yazır ki, Qacar ordusu Qarabağa hücum zamanı Arazın suyu daşmışdı. Bu səbəbdən İbrahimxəlil xan hesab edirdi ki, əgər Xudafərin körpüsü yaxşı mühafizə olunarsa, qızılbaşlar Arazı adlaya bilməzlər".

Şuşalılar üçün Araz çayı "ölülər dünyası" ilə "dirilər dünyası" ayıran mifoloji sərhəddir. Onların düşüncəsinə görə, çayda suyun daşması, zülmət dünyasının işıq dünyasına, xaosun kosmosa müdaxiləsini ləngidə bilərdi. Mirzə Adıgözəl bəy həmin tarixi-meteoroloji informasiyanı nəzərdən qaçırmayıb: " çün o vaxtda yaz fəsli idi. Arazın suyu daşıb həddən ziyadə olmuşdu. İbrahim xan belə səlah gördü ki, əgər rus qoşunu ilə Qarabağ qoşunu gedib Xudafərin körpüsünü kəssələr, dəxi qoşun körpüdən keçməsə, qeyri yerdən keçmək məqbul olmaz. Bir-iki ay təxir olar".

Xanlıq tarixinin qara zolağında quraqlıq kimi bir bəlanın müsibətin adı keçir. Qacarın hücumu bir yandan da, üç ilin dəhşətli quraqlığı insanları pərən-pərən salmışdı. "Əhalinin çoxu bir tikə çörəkdən ötrü Şəki, Şirvan, Qaradağ başqa yerlərə dağılıb, pis vəziyyətə düşmüşdülər. Qarabağda o qədər adam qalmamışdı ki, Şuşa qalasını saxlaya bilsin" (Mirzə Adıgözəl bəy).

Quraqlığın miqyası o dərəcəyə çatmışdı ki, "dənli bitkilər gözəllərin mişk iyli xallarından da əziz tutulurdu" (Mirzə Adıgözəl bəy), "hətta bir çetvert buğdanı o vaxtın pulu ilə 45 manata çətinliklə almaq olurdu. Vəziyyətin belə bir çətinləşdiyi vaxtında Ağa Məhəmməd şah qızılbaş qoşunu ilə Araz kənarına gəlib çatdı". (Rzaqulubəy Mirzə Camaloğlu)

Qış soyuğu, qar-çovğunlu tufan havası XVIII əsr Qarabağ tarixinin ayrılmaz hadisəsidir. Qışda adətən aktiv döyüşlər aparılmırdı

Məhz "qış mətni" Əbülfət xanın qoşunun gözləyən faciə haqqında oxucuda təəssürat yaradır. "Birisi dəxi zəxmdar olub gün məğribə yetişib, hava artıq soyuq oldu. Ramazan orucluq ayı idi. Yer dəxi qar idi. Çox məğşuş oldular ki, soyuğun çoxluğundan əlləri tutmaq müşkül idi. Naçar həmin yerdə bir kiçik dağın  üstə qarın içində yerbəyerdən tökülüb, yüklərini açdılar şübhə kimi burada qalıb, sübh tezdən köçmək binası etdilər ki, dala qayıtsınlar".

1835-ci ildə Sankt-Peterburqda nəşr olunmuş "İranda şah sülaləsinin əsasını qoymuş Ağa Məhəmməd şah Qacarın ölümünə qədər həyatında baş vermiş hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı" adlı əsərdə qeyd olunur ki, Azərbaycanda qış bir çox hallarda oktyabrda düşür bu zaman güclü qar yağır. 1796-cı il oktyabrın 20-də qarlı tufan Azərbaycanı bürüyür. Anonim müəllif yazır: "İranı çoxdan idi ki, belə təhlükə qorxutmamışdı, amma tufan həmin ilin sonunda imperatriçanın ölümündən sonra birdən-birə yan keçmişdi". Ona görə Ağa Məhəmməd şah Qacar mömin müsəlmanların sərhədlərini keçmiş kafirlərin dikbaş avropalıların cəzalandırılması üçün ordunu erkən yazda toplanması əmrini verir.

Bəlkə Molla Pənah Vaqif həsrətdolu misralarını Şuşada, həmin qarlı havada yazmışdır.

Ay ağalar, sizə bir ərz eləyim:

Bu gün qar yağıbdır, dizə çıxıbdır.

Bir gözəlin həsrətini çəkirdim,

Təzə-təzə gəlib bizə çıxıbdır.

Bu tarixi - "meteoroloji" xülasədən göründüyü kimi, "Qarabağnamələr"də hava iqlim fiziki kateqoriyalıqdan çıxıb metafizik məna kəsb edir tariximizin mistik mahiyyətini anlamağa imkan verir

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.5.