İstiqlal şairi Almas İldırımın 110 illiyi
qeyd olunub
Mayın
31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan
mühacirət ədəbiyyatının görkəmli
nümayəndəsi, istiqlal şairi Almas
İldırımın anadan olmasının 110 illiyi qeyd
edilib.
Mədəniyyət
və Turizm nazirinin birinci müavini Vaqif Əliyev
çıxış edərək şairin həyat və
yaradıcılığından, Azərbaycan poeziyasına
töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan
mühacirət poeziyasının görkəmli simalarından
biri, adı və əsərləri qəm, həsrət və
ayrılıq simvolu kimi anılan Almas İldırım
özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti
çəkib. Altı il sürgün həyatı yaşayan
Almas İldırım Dağıstandan, Türkmənistandan,
İrandan keçərək Türkiyədə məskunlaşıb
və ömrünün sonuna qədər burada
yaşayıb-yaradıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin bir çox şeirlərinin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərini səsləndirib.
Tədbirlə əlaqədar Bakıya gəlmiş şairin oğlu Azər Almaszadə tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, atası hər zaman Vətənini azad görmək istəyirdi. Almaz İldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmayıb. Bu gün Azərbaycan xalqı Almas İldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşayır.
Tədbirdə Almas İldırımın unudulmaz şeirləri səsləndirilib, konsert proqramı təqdim edilib.
Ədəbiyyat qəzeti.- 2017.-
3 iyun.- S.2.