Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edildi

 

Nobel mükafatçısı, məşhur türk yazıçı Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edilib. "Qırmızısaçlı qadın" romanı "Xan" nəşriyyatında işıq üzü görüb.

Roman Azərbaycan oxucularına yazar Sərdar Aminin tərcüməsində təqdim edilir

Qeyd edək ki, Qırmızısaçlı qadınromanı otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə məktəbli bir gəncin yaşadığı sarsıdıcı eşq hekayəsindən bu eşqin onu böyük bir cinayətin arxasınca sürükləməsindən bəhs edir.

 Roman Türkiyədə 1 il öncə nəşr edilib. Qısa zaman ərzində 10-larla ölkədə tərcümə olunub

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.32.