H.YAĞÇIOĞLU

 

MUSTAFA KAMALLAR TÜKƏNMƏZ

 

Tükənər, əlbət,

Göydə ulduz, dənizdə qum tükənər.

Vətən dediyimiz

            bu torpaqlar cəsur, mərd,

Həm müqəddəs bir atəşdir ki, sönməz -

İnanın, Mustafa Kamallar tükənməz.

 

Mən ətdən, sümükdənəm, əlbət,

Mən bir gün

            bu dünyadan köçəcəyəm, əlbət.

İki Mustafa Kamal var, yaxşı bilin,

Biri - burda, biri - sonsuzluqda,

Allahın işidir - ruhlar görünməz -

İnanın, Mustafa Kamallar tükənməz.

 

Başınmı dərddə, onu xatırla,

Yanında olacaq təntidiyin an.

Başdan-başa hər şeyilə bu vətən

Bir ağlamasın 10 noyabrda,

Fatehlər, Qanunilər ölməz -

İnanın, Mustafa Kamallar tükənməz.

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.16.