Həftənin rəngi

 

vaxta arxalan, baxta aldan,

dövran, bir çağ vəfalıymış.

Min bir daşürəkli dostdan, tanışdan

Bir daşlı, qayalı dağ vəfalıymış.

 

toxa bel bağla, aca söykən,

şaha arxalan, taca söykən,

Özün basdırdığın ağaca söykən,

Bağbandan min dəfə bağ vəfalıymış.

 

Zəlimxan dilində min dürlü dastan,

Gah toydan söz açır, gah da ki, yasdan.

Bahalı köynəkdən, əlvan libasdan

Kəfən etibarlı, vəfalıymış.

 

Həftənin mənzərəsinə ekskursiya zamanı Zəlimxan Yaqubun şeirilə başlamağım təsadüfi deyil. Bu həftə ruh şairini yadımıza Ayxan Ayvaz saldı. Kulis.az saytınınAtamın xatirəsilayihəsi çərçivəsində xalq şairinin oğlu Bəhlul Yaqubovdan aldığı müsahibə zamanı maraqlı həyat tarixçəsinin, xatirələrin, ailə daxilində münasibətlərin şahidi ola bildik. Yuxarıda qeyd olunan şeir Zəlimxan Yaqub tərəfindən oğluna bədahətən söylədiyi şeirdi.

Əlavə qeyd: Bir az da poeziyanı, yaradıcılığı öz cənginə alan bədbin atmosfer haqqında.

Siyasi əsərlərə, traktatlara olan sevgim, davamlı olaraq bu tip kitablarla tanışlığımdan  belə bir qənaətə gəlmişəm ki, cəmiyyətləri, xalqları məhv etməyin ən gözəl yolu panikadepressiv, bədbin ovqatdır. Canına qıyan qələm adamlarını görüncə daha çox qorxu buxovuna bürünmüş olurdum. Dəfələrlə yığıncaqlarda, TV, radio verilişlərində “Pozitiv poeziya”nın əsasını qoyaq söyləyirdim. Elə surrealist rəssam Rene Maqritt kimi. (Müharibə çağlarında ənənəvi rəssamlıq estetikasını kənara qoyan rəssam, insanlarda bədbin ovqatı aradan qaldırmaq üçün al-əlvan əsərlərin rəsminə başlayır). Eynilə repressiya dövrünün ən qəddar dövrlərində belə utopik, romantik xəyallar burulğanında uçuşan, daha rəngli həyatı təsəvvüründə canlandıraraq poeziyasına bu rəngləri köçürən Mikayıl Müşfiq kimi.

Çaxnaşan dünyamızda, bəzən maddi sıxıntılarımızda çarəsizlik sindromuna düşürüksə yenə də bədbinliyə qapılmadan çətinliklərin öhtəsindən gəlməliyik. Bu mənada incəsənət, ədəbiyyat əla məlhəm rolunu oynaya bilər.  Əgər o da bədbinliyə çəkilibsə o zaman fenikssimurq quşu kimi yenidən diriliş həyata keçirməliyik. Küldən yenidən var olmalıyıq.

Bəli, cəmiyyət adaptasiya - uyğunlaşma mərhələsindədir. Ona görə də sentimental ab-havada göz yaşlarını silmək üçün yaylıq axtarışındadır. Ərköyünlüyünə diqqət ayırmadıqda isə canına qıyaraq çıxış yolunu suisiddə görür bəzi insanlar. Arzularla reallıq uyğunlaşmadıqda xəyal qırıqlığına uğrayan kəslər mübarizə yolunu deyil, nədənsə daha asan yolu - məğlubiyyət yolunu - intiharı seçirlər.

Düşünürəm ki, belə bir enişin möhtəşəm ucalığı mütləq olacaq. Əslində biz belə  bir fikir inqilabının tam astanasındayıq. Astana dedikdə, bunun tezləşməsi daha çox fikir adamlarından, ədiblərdən asılı olacaq. İnkişaf etmiş cəmiyyətlərin söz bazasını, düşüncə tərzini əlində, beynində cəmləşdirən bu insanlar fikir sıçrayışını, təfəkkür inqilabını, növbəti intibahı tezləşdirə bilərlər. Müstəqillik dövrü ədəbiyyatı inanıram ki, bunun öhtəsindən layiqincə gələrək özünütanıma, dərketmə, özünə qayıtma aktını gerçəkləşdirəcək.

Ötən həftə Bakıda “Opera Günləri”nə start verildi. İtalya səfirliyinin təşkil etdiyiOpera Günləri” müasir rəqs qruplarının çıxışı ilə başlayaraq aprelin 21-dən mayın 6-na qədər davam edəcək.

Azərbaycan Dövlət Akademik OperaBalet teatrının foyesində “Cara İtalia, Alfin de miro” adlı sərgi May ayının üçündən, 20-dək açıq olacaq. Mayın 6-da isə “Barber of Seville” tamaşası təqdim olunacaq.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Gəlin, birgə oxuyaq” şüarı altında H.Əliyev Mərkəzinin parkında “Oxu Günükeçirildi. Tədbirdə 30-dək nəşriyyat və kitabxana, kitab sərgi- yarmarkası təqdim edildi.

23 Aprel həm də Ümumdünya Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi yadda qaldı.

Dahi ispan yazıçısı Migel de Servantesin vəfatının ildönümü və 23 aprel -Beynəlxalq Kitab Günü ilə əlaqədar hər il İspaniya ərazisində müxtəlif mədəni tədbirlər keçirilir. “Don Kixotun bəşəriyyət tərəfindən oxunulması” adlı növbəti belə tədbir Toledo şəhərinin Eskivias qəsəbəsində baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak edib. Tədbirdə iştirak edən diplomatik korpusun nümayəndələri “Don Kixot” romanından bir parçanı ana dillərində oxuyub. Tədbirdə iştirak edən səfirliyimizin əməkdaşı Namiq Ramazanov tərəfindən əsərdən bir hissə Azərbaycan dilində səsləndirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında isə Sankt-Peterburq Musiqi Liseyinin müəllim və şagirdlərinin konserti olub. Konsertdən sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əməkdaşlıq haqqında müqavilə də imzalanıb.

Ötən həftə Sumqayıt şəhərində yazıçı, tərcüməçi, “Ədəbiyyat qəzeti”nin əməkdaşı Əyyub Qiyas ilə görüş keçirildi. Ədəbi polemika şəraitində keçirilən görüşdə ədəbiyyatsevərlər, oxucular, şəhər ziyalıları iştirak etmişlər.

Ötən həftə xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, AYB-in Qazax zona filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə kollektivi, məktəblilər və KİV nümayəndələri iştirak edib.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin "Açıq kitab – "Dədə Qorqud” monoqrafiyası bu günlərdə İstanbulda "Ötükən” nəşriyyatı tərəfindən çap olunub. Kitab bundan əvvəl Bakıda Azərbaycan, Ərdəbildə isə fars dilində nəşr edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək "XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda iştirak etmək üçün Xalq Artisti, rejissor Cənnət Səlimova, Əməkdar Artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abbasov qeyd edilən şəhərə ezam olunacaq. Kollektiv festivalda P.Züskindin "Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edəcək. Həmçinin dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərində, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində iştirak edəcəklər. Qeyd edək ki, "Kontrabas” tamaşası indiyədək İran, Türkiyə, Moldova, RusiyaUkraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Həmçinin aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konserti təşkil edilib.

Ötən həftə siyasi arenada baş verən olaylar, kadr dəyişiklikləri, region hadisələri həftənin ovqatını öz əlinə ala bildi. Bəlkə də elə bu səbəbdən ədəbiyyat hadisələri nisbətən kölgədə qalmış oldu. İstənilən halda, bu həftəni zəngin ədəbi-incəsənət həftəsi adlandırmaq olar.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.15.