Milli Kitabxanada “Ənvər Əhməd-75”

adlı kitab sərgisi açılıb

 

Avqustun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, ədəbiyyatşünas alim Ənvər Əhmədin 75 illiyi münasibətilə “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, redaktoru olduğu və “Ön söz” yazdığı, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək

 

Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.32.