Klassik missiya

Ədəbiyyatın klassik missiyası dəyişməzdir. Üzərində forma məzmun etibarilə qədər eksperimentlər aparılsa da, mənafelərə alət edilsə , ədəbiyyatın insan ruhuna təsiri öz ilkin praktik halını qoruyub saxlayır, duyğu dolu enerjisi ilə maddiyyat dənizində boğulan ruhumuza yaşamaq həvəsi verir, ümüd qaynağı olur. Bu bir yazarın cəmiyyətə xidmətindən əlavə həmin yazarın cəmiyyətin bir mənsubu tək faydalı ola bilməsinin göstəricisidir. İnsanları bədii ifadələrin sehri ilə nağıllar aləminə aparmaq, onları xəyalları ilə görüşdürmək, arzuların şirinliyindən müvəqqəti olsa da məst edə bilmək, gərək ki bu dünyanın müqəddəs vəzifələrindən biridir. Yaşamaq yarışındakı bu "nəfəsdərmə"lər olmasa insanlıq ölümə, insanlar isə ağaclara - "əcdad"larının yanına qayıtmağa məhkumdur.

AYB-nın Xəzər bölməsi Bakı Bakıətrafı qəsəbələrdə yazıb-yaradan şairlərin məbədidir desəm, yaxşı təşbih olar. Qapısı fikrindən, yolundan, tərzindən asılı olmayaraq hər bir qələm əhlinə açıqdır, Bakı ədəbi mühitinə xidmət üçün yaradılsa da, sərhədsizdir. 2017- ci ilin sonlarında şairlərimizi tanıtmaq niyyətilə "Xəzər təzkirəsi" almanaxını oxucuların ixtiyarına verdik. Qeyd etmək lazımdır ki, kitabda otuz altı yazarımızın əsərlərindən nümunələr yer alıb, bu "şeir bağçası"nda hər ətrdə, hər rəngdə çiçək var. Bəzən "ədəbiyyat necə olmalıdır" sualı ilə rastlaşanda vermək istədiyimiz cavab elə budur: rəngarəng, fərqli, insani, bir "tənqidçi"nin fikrinə tabe olmayan, standart olmayan, bir udum ədalətə, bir içim mərhəmətə xidmət edən.

Bundan əlavə Buzovnada yerləşən bölməmizdə hər həftə "Poeziya klubu" "Tərcümə klubu" fəaliyyət göstərir. Bu ədəbi yığıncaqlarda şeirlər oxunur, təhlil edilir, klassik Azərbaycan ədəbiyyatının böyük simalarının yaradıcılığı şərh olunur. Tərcüməçi-şairlərimiz Sovet dönəmində ideoloji səbəblərdən tərcümə edilməmiş bəzən ümumiyyətlə oxucuların tanımadığı şair filosofların əsərlərini ya onlardan parçaları tərcümə edərək ədəbiyyatımıza qazandırır, xəzinəmizi zənginləşdirirlər. Gənc şairlərimizdə, əsasən, əruz ölçülü şeirlərə özünəməxsus yanaşma, yeni ölçülərə meyil, klassik ahəngi pozmadan yeni ifadə obrazların gətirmək həvəsi onu deməyə əsas verir ki, XXI əsr yeni ruhlu klassik şeirin hakim oldugu ədəbiyyat əsri olacaq.

Tanışlıq üçün şairlərimizdən bir neçəsinin yaradıcılğından nümunələri təqdim edirik.

 

Arif Buzovnalı

 

AYB Xəzər bölməsinin sədri

 

Ədəbiyyat qəzeti.- 2018.- 11 avqust.- S.17.