Milli KitabxanadaKamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb

 

Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.

 

Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.27.