Anarın 80 illiyi Ankarada

ikinci dəfə qeyd edilmişdir

 

Daha əvvəllər xəbər verildiyi kimin mart və aprel aylarında İstanbulda və Ankarada Xalq yazıçısı Anarın yubileyi geniş qeyd olunmuşdu. İstanbuldakı tədbirdə Türkiyə Ədəbiyyat vəqfinin yeni təsis etdiyiYaşayan Dədə Qorqudödülü ilk olaraq Anara təqdim edilmişdi.

Noyabrın 24-də Ankarada TürkSAV, Əhməd Yasəvi vəqfi, Türk Ədəbiyyatı Vəqfi TÜRKSOY-un təşkilatçılığı ilə yazıçının 80 illiyiylə bağlı tədbirlər keçirilib. Noyabrın 21-də Anar İstanbulda tanınmış türk şairləri Ataol Bəhramoğlu Nihad Bəhramla, görkəmli tarixçi professor, doktor İldər Ortaylı ilə görüşüb, Şairlər bağını ziyarət edib. Bu bağda Türkiyənin klassik çağdaş şairlərinin abidələri, o cümlədən, Ataol Bəhramoğlunun heykəli ucaldılıb.

Noyabrın 23-də Ankarada Əhməd Yasəvi Vəqfində keçirilən görüşü Vəqfin başqanı, sabiq Mədəniyyət naziri millət vəkili Namik Kamal Zeybək açıb. Zeybək hələ sovet dönəmində Anarın ssenarisi əsasında dünyada ilk dəfə Dədə Qorqud dastanı əsasında bədii filmin çəkilməsini yüksək dəyərləndirib, yazıçının təşəbbüsüylə Bakıda Dədə Qorqud ensiklopediyasının nəşr olunmasını xüsusi qeyd edib.

Toplaşanların xahişiylə Anar Azərbaycan ədəbiyyatının ən qədimdən bugünə qədər tarixi haqqında məlumat verib, çox sayda sualları cavablandıraraq Qarabağ qarşıdurmasında Azərbaycanın haqlı mövqeyindən, dövlətimizin, Prezident İlham Əliyevin torpaqlarımızı azad etmək əzmindən, qarşıya qoyulan bütün məsələləri həll etməyə qadir olan güclü ordumuzdan danışıb. Tədbirdə Türkiyə-Qazaxıstan Dostluq dərnəyinin başqanı Feyzülla Budak Azərbaycan xalq mahnılarını ifa edib.

Noyabrın 24-də “Elçi Rezidansotelinin böyük konfrans salonunda Anarın yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə sabiq nazirlər, millət vəkilləri, icra başçıları, ədəbi elmi ictimaiyyətin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Anarın tərcürmeyi-halı yaradıcılığı haqqında məlumat səslənəndən sonra tədbirin aparıcısı, TürkSAV başqanı, şair Yəhya Akenkin giriş sözü söyləyib. Y.Akenkin Azərbaycan yazıçısının Türkiyədə nəşr olunmuşKərəm kimikitabının bu ölkədə Nazım Hikmət barədə daha obyektiv rəyin formalaşmasında böyük əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən Namik Kamal Zeybək Anarın, millət vəkili   parlamentdə Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri kimi ədəbi mədəni əlaqələrimizin inkişafında xidmətlərindən söz açıb. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklı, həmin günlərdə Yaponiyada səfərdə olan TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun adından çıxış edən onun müavini Firat Purtaş, Sabiq Mədəniyyət naziri Agah Oktay Günay yazıçı haqqında ürək sözlərini söyləyiblər.

Sonra Anara həsr olunmuş paneldə - elmi toplantıda Türkiyənin görkəmli ədəbiyyatşünas alimi, doktor, professor Əhməd Bican Ercilasun yazıçınınBeş mərtəbəli evin atıncı mərtəbəsi”, “Otel otağıromanları, “O gecənin səhəri”, “Muhakkak görüşərikhekayələri haqqında geniş bəhs edib. Anarın yaradıcılığı haqqında doktorluq dissertasiyası üzərində işləyən dosent-doktor Gökhan Tunc qoç, qara qoçəsərinin ətraflı təhlilini verib. Şair, nasir, tərcüməçi İmdat Afşar AnarınKərəm kimisənədli romanının Çağdaşlarımesselər toplusunun tərcüməsi üzərində işindən danışaraq qeyd edib ki, “Çağdaşlarımkitabında iki böyük lider - Atatürk Heydər Əliyev haqqında, habelə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, M.Sultanqaliyev, eləcə müəllifin şəxsən tanış olduğu görkəmli dövlət xadimləri Süleyman Dəmirəl, Bülənd Ecevit, Rəcəb Tayib Erdoğan, Nursultan Nazarbayev haqqında yazıları, türk dünyasının görkəmli yazıçıları barədə esseləri Türkiyə oxucularının böyük marağına səbəb olub.

Sonda çıxış edən Anar bu tədbirlərin təşkilatçılarına dərin təşəkkürünü bildirib, bu yaxınlarda Ankarada nəşr olunmuşTürkiyə ikinci vətənimdiradlı kitabının adında bir yanlışlıq olduğunu qeyd edərək deyib: “Türkiyə Azərbaycan kimi mənim birinci vətənimdir. Yubileyimin qardaş ölkədə belə geniş qeyd edilməsi, kitablarımın nəşri üçün təşəkkür edirəm, tərcüməçilərimə tədqiqatçılarıma, haqqımda burada çıxış edib xoş sözlər deyənlərin hamısına çox minnətdaram”.

Tədbirdən sonra Anar toplaşanların xahişilə Türkiyədə son illərdə çıxanSizsiz”, “Kərəm kimi” “Türkiyə ikinci vətənimdir”, “Çağdaşlarım”, “Yaşamaq haqqı”, “İyi padşahın masalı”, “Nəzər boncuğu”, habelə Türkiyə mətbuatında haqqında çıxan yazılardan ibarətUzağı yaxın qılan yazar - Anar PərvininAnar dünyasıkitablarını imzalayıb.

Xalq yazıçısı Anar Türkiyənin TRT-1 “TRT-Avazteleviziya kanallarına müsahibələr verib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.2.