İbrahim İlyaslının 55 illik yubileyinə

həsr olunmuş ədəbi-bədii gecə keçirilib

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edibona xatirə hədiyyələri təqdim etdi.

Sonra sözü tədbiri aparmaq üçün sözü DGTYB Məsləhət Şurasının başkanı, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalıya verdi. Əkbər Qoşalı öz giriş nitqində yubilyarın həyat və yaradıcılığından ətraflı bəhs etdieyni zamanda dost ölkələrin ədəbi qurumlardan İbrahim İlyaslıya ünvanlanmış təbrik teleqramlarını oxudu. Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər şairin yaradıcılığı haqda məruzə ilə çıxış etdi. AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, Təbrizli şair Çalğın Məhəmməd, yazıçı Varis, Qafqaz Media İb-nin sədri Azadə Taleh Abasqızı, şair Rəafail İncəyurd, şair Elməddin Nicat, gənc şair Elvin Əlizadə çıxış edərək yubilyar haqqında öz ürək sözlərini söylədilər, onu 55 illik yubileyi münasibəti ilə təbrik etdilər.

Sənətçi Şəmistan Əlizamanlı, Təbrizli müğənni İbrahim Əlizadə, müğənni Zəka Vilayətoğlu, gitaraçı Orxan Məmmədli, şair-bədii qiraətçi Xəzər Süleymanlı, aşıqlar – İlham Aslanbəyli və şagirdləri, Aşıq Elməddin Məmmədli, Aşıq Şaiq İncəli, Aşıq Səyyad Aydınoğlu öz çıxışları ilə tədbirə xüsusi rəng qatdılar.

Tədbirin sonunda İbrahim İlyaslı çıxış edərək, ona göstərdikləri sayğıya görə Abşeron rayon İcra hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət idarəsinin, Abşeron Mədəniyyət Mərkəzinin rəhbərliyinə, tədbirdə əməyi keçən hər kəsə, bütün iştirakçılara öz səmimi minnətdarlığını bildirdiyeni şeirlərindən nümunələr oxudu.

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.32.