Elçinin Baş romanı İtaliyada nəşr olunub

 

Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən Baş romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Əsər Türkiyənin, Almaniyanın, Rusiyanın, Misirin, Moldovanın və digər ölkələrin nəşriyyatları tərəfindən çap edilib, bir sıra xarici mətbuat orqanlarında dərc olunub.

Bu nəşrlər ədəbi tənqidin diqqət mərkəzində olub, mətbuat Baş romanını təkcə milli ədəbiyyatın deyil, ümumiyyətlə, müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.

Bu günlərdə İtaliyanın Roma - Sandro Teti Editore nəşriyyatı Baş romanını italyan dilində nəfis tərtibatla çap edib. Əsəri Olqa Mazzina tərcümə edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.

Məlumat üçün bildirək ki, Baş romanı ABŞ, İngiltərə və Çexiyada da nəşrə hazırlanır.

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.7.