Ədəbiyyat qəzeti Bədii Tərcümə Mərkəzi ilə Əməkdaşlıq Memorandumu imzaladı

 

Dekabrın 18-də Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzini ziyarət edib, Mərkəzin sədri Səlim Babullaoğlu ilə Çağdaş ədəbi mühit tərcümə məsələləri mövzusunda müzakirələr aparıb, fikir mübadiləsi ediblər.

Daha sonra Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi ilə Ədəbiyyat qəzeti arasında əməkdaşlıq barədə Memorandum imzalanııb. Memorandumun mətnində deyilir: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Ədəbiyyat qəzeti arasında imzalanan bu Memorandum klassikmüasir dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi və nəşri işində imkanların birləşdirilməsi, birgə xüsusi buraxılışlar və ya kitablar, antlogiyaların hazırlanması, festival, konfrans, görüş, yaradıcılıq emalatxanaları,ustad dərsləri və ədəbiyyat gecələrinin təşkili, bu kimi nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işinin koordinasiyasını, uzlaşdırılmasını, peşəkar əməkdaşlığı, bu əməkdaşılığın mütəmadi xarakter almasını nəzərdə tutur...

Mərkəzin sədri Səlim Babulaoğlu Edebiyyatqazeti.az saytına eksklüziv açıqlamasında bildirib: Bu gün Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turanın Mərkəzə gəlməsi və Çağdaş ədəbi mühit və tərcümə məsələləri mövzusunda müzakirələrdə iştirakı, bizim bu istiqamətdə konkret işgüzar fikir mübadiləmiz baş tutdu. İnanıram ki, bugünkü görüşün ədəbi mühimiz üçün pozitiv nəticələri olacaq. Belə bir sənədin yenilənmiş, daha oxunaqlı və maraqlı-məzmunlu mündəricə ilə çap olunan Ədəbiyyat qəzeti ilə imzalanması isə Azərbaycan Yazıçılar Birliyinin müvafiq strukturları kimi onsuz da əməkdaşlıq edən iki qurumun bütövlükdə fəaliyyətinə daha böyük sistemlilik və konsepturallıq gətirəcək...

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan da öz açıqlamasında imzanalan Memorandumun vacibliyini qeyd edərək birgə əməkdaşlığın həm qəzetin, həm də Mərkəzin işində ciddi nəticələri olacağı qənaətindədir: Biz Mərkəzlə indiyəqədər də əməkdaşlıq etmişik. Amma bu gündən etibarən əməkdaşlığımız daha sistemli səciyyə daşıyacaq. Bizim ortaq və ədəbiyyatımız üçün faydalı layihələrimiz olacaq ki, bu istiqamətdə biz güclərimizi birləşdirəcəyik...

 

Ədəbiyyat qəzeti.- 2018.-22 dekabr.- S.29.