XƏZANGÜLLƏ GÖRÜŞ

 

Azərbaycan Dövlət arxivinin Gəncə filialının rəhbərliyi və Gəncə şəhər 23 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə AYB Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül xanımın yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə arxivin direktoru Solmaz xanım açaraq, tədbir iştirakçılarına şair Xəzangülün həyat və yaradıcılığından, onun poetik dünyasından danışdı.

Şair Sahib İbrahimli Xəzangülün yaradıcılığının fərdi məziyyətlərindən söhbət açaraq, onun Gəncə ədəbi mühitinə olan diqqət və qayğısından danışdı.

Yazarlardan Zaur Quliyev, Bayram Göyçəli, Ramiz Təmkin, Zahir ŞiraniEltun Türkel Xəzangül yaradıcılığı haqqında fikirlərini söyləyərək, ona həsr etdiyi şeirlərini söylədilər.

Nəhayət söz 23 saylı tam orta məktəbin müəllim və şagird kollektivinə verildi. Məktəbin dil-ədəbiyyat müəllimi İradə Mursaqulova Xəzangül yaradıcılığından ürək dolusu söhbət açmış və şagirdlərin onun poeziyasına olan məhəbbətinin fərdi xüsusiyyətlərini iştirakçılara çatdırdı. Şagirdlərdən Həsənova Aynur, Abdilova Aynur, İmanquli Fatimeyizəhra, Mərdanova Fatimə, Abdollahi Elcan, Əliyeva Çinarə, Babakişiyeva Selcan, Hacıyeva Səbinə, Verdiyeva Səfa, Fərzəliyeva Zəhra, Şükürova Leyla Xəzangülün şeirlərini söylədilər.

Tədbirin sonunda Xəzangül xanım bu tədbiri belə yüksək səviyyədə hazırladıqlarına görə Azərbaycan Dövlət arxivinin Gəncə filialının direktoru Solmaz xanıma və onun əməkdaşlarına, 23 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi İradə xanım başda olmaqla məktəbin müəllim və şagird kollektivinə təşəkkürünü bildirdi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.30.