“Fikrət Qocanın poetik dünyası”

 

Dekabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Salatın Əhmədlinin “Fikrət Qocanın poetik dünyası” kitabının təqdimatı keçirilib

AYB-nin katibi İlqar Fəhmi iclası açaraq Fikrət Qocanın Azərbaycan ədəbiyyatın inkişafında böyük xidmətlərini vurğulayıb, Salatın Əhmədlinin kitabının elmi məziyyətlərini açıqlayıb. Fikrət Qocanın tətqiqatçılarından Gülxani Pənah kitabı yüksək dəyərləndirib. Filologiya elmlər doktoru Nadir Məmmədli, Lalə Əlizadə, Aygün Bağırlı və başqaları çıxış edərək Salatın Əhmədlinin Fikrət Qocanın yaradıcılığından bəhs edən kitabıyla bağlı fikirlərini söyləyiblər. Fikrət Qoca müəllifə təşəkkürünü bildirib.

Sonda Salatın Əhmədli iştirakçılara minnətdarlığını bildirib.

 

AYB.az

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.-S.3.