TÜRKPA-nın Baş katibi AYB sədri ilə görüşüb

 

Türkdilli Ölkәlәrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azәrbaycan Yazıçılar Birliyinin sәdri, xalq yazıçısı Anarla görüşüb.

Baş katib TÜRKPA-nın gələcək layihələri haqqında AYB sədrinə ətraflı məlumat verib. Görüşdə Qırğızıstan, eləcə də Türk dünyasının böyük yazıçı və mütəfəkkiri Çingiz Aytmatovun 90-cı ildönümünə həsr ediləcək tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa  TÜRKPA-nın AYB ilə gələcəkdə mümkün birgə layihələri də müzakirə edilib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.3.