"Tərcümə işi vacib sahədir"

 

Bu yaxınlarda mətbuatda Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan təmsilçiliyinin açılması "Türk Ədəbiyyatı Vəqfi Yayınları"nın "Türk dünyası ədəbiyyatı" seriyasından Mir Cəlalın "Kəmtərovlar ailəsi" Anarın "Yaxşı padşahın nağılı" kimi iki kitabın nəşri ilə bağlı xəbərlər yayıldı. Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan fəxri təmsilçisi, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun bu digər məsələlərlə bağlı əməkdaşımıza eksklüziv açıqlamasını təqdim edirik.

- Əvvəla icazə verin, Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan fəxri təmçsilçisi təyin olmanız münasibətilə sizi təbrik edək. Yəqin ki, Türkiyə-Azərbaycan arasında ədəbi mübadilə işi istiqamətində yeni fəaliyyətləriniz olacaq...

- Təbrik üçün sağ olun. İnanıram ki, olacaq, əlbəttə. Hərçənd, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da əksər xalqların ədəbiyyatlarının dilimizə tərcüməsi bizim ədəbiyyatın da müxtəlif dillərə tərcüməsi işi ilə məşğul olmuşam. O cümlədən, Türkiyə ilə bağlı da müəyyən işlərimiz olub. Yəqin bundan sonra daha başqa cür olar.

- Nəşr olunan kitablarla bağlı danışaq.

- Hər iki kitabın nəşri ilə bağı mətbuatda, o cümlədən "Ədəbiyyat qəzeti"ndə müxtəlif vaxtlarda açıqlamalar, informasiyalar çap olunub deyə xüsusi danışmaq istəmirəm. Anar müəllimin kitabı olduqca maraqlı bir ədəbi layihədir həm , belə ki, "Yaxşı padşahın nağılı" orijinalla yanaşı, bu vaxta qədər tərcümə edildiyi 12 dildə, türk xalqları çoğrafiyasının istifadə elədiyi dillərdə təqdim olunub. Mir Cəlalın seçilmiş hekayələrini isə Türkiyə türkcəsinə tanınmış türk yazarı tərcüməçi İmdat Avşar çevirib. Ön sözün müəllifi Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklıdır. Birinci nəşr Anar müəllimin 80 illik yubileyi üçün, ikinci nəşr isə Mir Cəlalın 110 illiyi üçün fikrimcə, Türkiyə Ədəbiyyatı Vəqfinin dəyərli töhfəsidir. Ümumiyyətlə, isə "Türk dünyası ədəbiyyatı" seriyası Vəqfin dəyərli proyektidir. Vacib işdir. Vəqfin sədri Sərhəd Kabaklının sözləri ilə desək, bu qürurverici işdir. Məncə, eyni seriya haqqında biz düşünməliyik.

- Dünya xalqları ədəbiyyatlarının dilimizə tərcüməsi istiqamətində az-çox mütəmadi işlər görülür. Bəs milli ədəbyyatımızın tərcüməsi işində daha yaxşı işləmək üçün etmək olar?

- Bu, olduqca əhatəli sualdır. Mən vaxtilə həm Mədəniyyət Turizm Nazirliyinə, nazirliyin vasitəsilə digər dövlət hökumət strukturlarına bu məsələ ilə bağlı proqram təklif eləmişdim. Bu, 9 il əvvəl olub. İndi bu haqda geniş danışmaq istəmirəm. Çünki bununla bağlı özümün rəhbərlik etdiyim qurumun gücü çatdığı qədər işlər görməkdəyik. Bu işdə irəliləyiş əldə etmənin bir yolu da milli ədəbiyyatımızı ardıcıl çevirən tanıtdıran, nəşr edən tərcüməçi naşirlərin dövlət hökumətimiz tərəfindən mükafatlandırılmasıdır. Heç uzağa getməyək. Elə bayaq haqqında danışdığımız iki kitabı götürək. Daha doğrusu, bu işləri görən adamı, İmdat Avşarı. Görün kimləri çevirib. Mirzə Fətəli Axundov, Rəsul Rza, Mir Cəlal, Anar, Elçin, Nigar Rəfibəyli, Sabir Rüstəmxanlı, Musa Yaqub, Əjdər Ol, Novruz Nəcəfoğlu, Məmməd İsmayıl, Elçin Hüseynbəyli, Hamlet İsaxanlı, Məqsəd Nur, Günel Anarqızı, Varis Yolçuyev, Aysel Əlizadə, Afaq Şıxlı, Qənirə Paşayeva, Eyvaz Zeynalov, Eldəniz Elgün, Pərvin Nurəliyeva, Dilqəm Əhməd... kimlərsə yadımdan çıxa bilər... yaxud bizim şəhid şairimiz Ülvi Bünyadzadənin şeirləri... ümumiyyətlə, təkcə ədəbi-bədii nöqteyi-nəzərdən deyil, İmdat Avşarın fəaliyyəti bütövlükdə Azərbaycan üçün əhəmiyyətlidir. Məsələn, onun "Övliya Çələbinin izində Azərbaycan" kitabı, məncə, qiymətli əsərdir... yaxud millət vəkili Qənirə Paşayeva ilə birgə hazırladıqları Türkiyədə uzunmüddətli silsilə proyekt kimi gerçəkləşdirdikləri "Qarabağ hekayəsi antologiyası" ciddi, təqdirəlayiq işlərdir. İmdat bəyin ümummilli lider Heydər Əliyevin nitqləri çıxışlarını türkçə hazırlaması, yaxud "Keçmişdən günümüzə qədər Azərbaycan hekayələri" antologiyası... Bunlar bir ordunun görə biləcəyi işlərdir. "İnostrannaya literatura" jurnalının sonunda həmişə müəlliflərlə yanaşı tərcüməçilər barədə məlumat verirlər.

Həmişə görürsən ki, rus tərcüməçilərinin çoxu müxtəlif ölkə hökumətlərinin məhz tərcümə işinə görə yüksək dövlət mükafatlarını alıblar. Əlbəttə, Azərbayacan Yazıçılar Birliyi öz imkanları daxilində bunu edib. Amma mən daha böyük miqyasdan danışıram. Bu işin görülməsi, fikrimcə, tərcümə işinə ciddi təkan ola bilər.

 

Söhbətləşdi: X.Məcidova

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.31.