Ədəbi tənqidin

Rüstəm Kamal formatı

 

Rüstəm Kamal öz imicini illərlə gözümüzü yağır, qulağımızı döyənək eləyən tənqidi məqalə tiplərindən imtina bacarığı ilə ortaya qoydu. Ənənəvi yazıları yığcam və yüksək kondisiyalara malik esselərə çox ustalıqla dəyişə bildi və bəxtionda gətirdi ki, bu, ədəbi tənqiddəki ciddi boşluqların olduğu ilə bir vaxta düşdü, dərhal da ədəbi elitanın diqqətini öz üzərinə çəkmiş oldu. Mirzə Cəlil demiş, burdan ona işarə eləmirəm ki, o yazılar həm nəzəriyyəbazlara ibrət dərsi, həm də "Azərbaycan ədəbi tənqidi" dərsliyidi, amma vaxt gələcək palazqulaq yazıların əvəzinə, ədəbi tənqid məhz Rüstəm Kamalın təqdim etdiyi formatda olacaq.

 

Əlabbas

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.11.