Miqyaslı obyektiv

 

Rüstəm Kamalın doğum gününə

 

Professor Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığının təhlil sferasına simvolizm firavanlığı gətirdi. Hadisənin - mətnin, sözün, işarənin sakral, ezoterik, metafizik qatına endi. Mixail Baxtinin nitq janrları konsepsiyasını "Dədə Qorqud"un poetikasına tətbiq etdi.

 

Heç bir şübhə yoxdur ki, bu gün Azərbaycanda onun ən azı min beş yüz illik tarixi olan ədəbiyyatını bütün ideya-estetik zənginliyi ilə ( dünya ədəbiyyatı tarixi kontekstində) dərk etməkdə çətinlik çəkməyən mükəmməl bir ədəbiyyatşünaslıq var. bu ədəbiyyatşünaslığın ən mühüm cəhətlərindən biri öz predmeti üzərində dərindən düşünə-düşünə həmin dərinlikdə qeyb olmaması, özünün obrazını da kifayət qədər parlaq bir şəkildə təqdim etməyi bacarmasıdır.

Görünür, bugünkü Azərbaycan ədəbiyyatşünasının ən səciyyəvi obraz təzahürlərindən biri (mənim qənaətimcə, ən səciyyəvisi!) Rüstəm Kamaldır. İlk növbədə ona görə ki, Rüstəmin yaradıcı şəxsində (şəxsiyyətində!) təkcə müasirləri deyil, Firidun bəy Köçərlidən üzü bəri, demək olar ki, bütün sələfləri birləşir. Lakin unutmaq olmaz ki, bu, mexaniki, yaxud sintetik birləşmə deyil; bu, üzvi olduğu qədər polemik birləşmədir.

Rüstəmin yaradıcı təfəkkürü ədəbiyyatın ( ədəbiyyatşünaslığın ən mürəkkəb) problemlərini ətrafdakılarla yox, öz-özü ilə polemikada həll edəcək qədər miqyaslı, məhsuldar obyektivdir...

 

Nizami Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.10.